Xəbər lenti



Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır.

Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.



2024-cü ildə Hesablama Palatası 8,3 milyard manat dövlət büdcəsi vəsaitini audit edib ki, burada da say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı çox olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, auditlər üzrə aşkar edilmiş pozuntuların 45,1 %-i büdcə qanunvericiliyinin, 28 %-i dövlət satınalmalarının, 11,5 %-i əsaslı vəsait qoyuluşunun, 7,5 %-i vergi və görük qanunvericiliyinin, 6,5 %-i dövlət əmlakının istifadəsinin, 1 %-i sosial müdafiə və sosial təminatın, 0,3 %-i bank-kredit, valyuta əməliyyatlarının payına düşüb



Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

"Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Hazırda ölkələr arasında həyata keçirilən iqtisadi layihələr müzakirə olunacaq, mən xüsusilə bərpa olunan enerji məsələlərini və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqa layihələri qeyd etmək istərdim”, - Pataradze bildirib.

Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.



Britaniya hakimiyyəti dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə geri qaytarılması üçün Ukraynaya 752 milyon funt sterlinq (təxminən 1 milyard dollar) tranş göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün Ukraynaya 752 milyon funt sterlinqlik ödəniş göndərilib. Bugünkü ödəniş Böyük Britaniyanın üç ayrı tranşa bölünmüş 2,26 milyard funt sterlinqlik kreditinin ikinci hissəsini təşkil edir”, - deyə məlumatda bildirilir.

Məlumata görə, vəsait hava hücumundan müdafiə sistemləri, artilleriya silahları və avadanlıqların təmiri üçün ehtiyat hissələrinin alınmasına sərf olunacaq. Qeyd olunur ki, sonuncu tranş 2026-cı ildə köçürüləcək.



Rusiya Ermənistanın Aİİ-dəki maraqlarını pozmaq niyyətində deyil.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin "İzvestiya”ya müsahibəsində Ermənistan parlamentinin qəbul etdiyi Aİ-yə üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə Moskvanın münasibətini şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, Rusiya Ermənistanın maraqlarını pozmaq planları yoxdur:
 
"Söhbət Rusiyanın və ya kiminsə çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı kənarlaşdırmaq və ya zərər vurmaq istəməsində getmir. Bizim ötən il ticarət dövriyyəmiz 12 milyard dollara yaxın olub və ciddi artım nümayiş etdirib. Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Ermənistan, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır”.
 
Qaluzin eyni zamanda vurğulayıb ki, Aİ və Aİİ-yə obyektiv şəkildə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqlar müxtəlif gömrük və tarif tənzimləmələrinə malikdir və onlar mahiyyətcə fərqli iqtisadi bloklardır.
 
'Müvafiq olaraq, Ermənistan müəyyən məqamda hansı istiqamətdə getdiyinə qərar verməli olacaq: Avropa İttifaqına inteqrasiyaya, yoxsa Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsinə...Bu iştirak Ermənistan əhalisinə açıq-aşkar fayda verir. Bu, ilk növbədə Ermənistanın ÜDM-nin artımı üçün çox mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% təşkil edib", - Rusiya XİN rəhbərinin müavini qeyd edib.
 
Digər tərəfdən, Qaluzinin fikrincə, Aİ indiki mərhələdə Ermənistan və digər ölkələr üçün üzvlük üçün qeyri-müəyyən perspektivləri olan tələblər, meyarlar toplusudur. "Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Yəqin ki, bu, təəssüf ki, Ermənistan əhalisi də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq. Ehtimal etmək məntiqlidir ki, ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nəyi itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən həqiqətən nə əldə edə biləcəyini öz əhalisinə izah edəcək. Hətta bu gün Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır.
 
Bundan əlavə, Aİ Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi olan Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. Bu, Rusiyaya strateji məğlubiyyət vermək və ölkəni zəiflətmək, Ukrayna böhranının siyasi-diplomatik yolla həllinə, sülhə nail olmağa yönəlmiş istənilən hərəkətlərin qarşısını almaq, Rusiya ilə onun MDB, Aİİ və KTMT-dəki strateji tərəfdaşları və müttəfiqləri arasında münasibətlərə zərbə vurmaq cəhdlərindən ibarətdir. Rəsmi İrəvanda ümid edirəm ki, bu vəziyyəti görürlər və buna uyğun qiymət verirlər. İndiyə qədər Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir strukturundan çıxmayıb. Biz onun ötən il, 2024-cü ildə Aİİ-yə uğurlu sədrliyini yüksək qiymətləndiririk, buna görə də əməkdaşlığımız davam edir. Ölkənin nümayəndələri də MDB-nin bütün iclaslarında, bütün ekspert görüşlərində fəal iştirak edirlər", - deyə Qaluzin yekunlaşdırıb.
 
APA

Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:

“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu, davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.

Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:

“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”.



Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq  yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı,  intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.

Aprelin 15-16-da qərb küləyinin əsəcəyi,  15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq.

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.



Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”  xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır.

Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram.

Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov