Xəbər lenti



Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Əli Əsədovla, həmçinin parlament sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

"Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Hazırda ölkələr arasında həyata keçirilən iqtisadi layihələr müzakirə olunacaq, mən xüsusilə bərpa olunan enerji məsələlərini və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqa layihələri qeyd etmək istərdim”, - Pataradze bildirib.

Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov