Xəbər lenti



ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə hücumlarını pisləyərək, Ukrayna ilə sülh sazişi imzalamağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən Kiyevə Rusiya zərbələrindən narazıyam. Bu hücumlara ehtiyac yoxdur və seçilmiş vaxt çox uyğunsuzdur. Vladimir,dayan! Həftədə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!” - o qeyd edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.

 

 
 


Türkiyənin İstanbul şəhərində zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ 3,9 bal gücündə olub. Yerin 6,99 km dərinliyində yerləşib.



Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Bizimaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”ni Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyinin direktoru Çen Siadon imzalayıblar.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzalayıblar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin ədliyyə naziri Xı Ron imzalayıblar.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin mədəniyyət və turizm naziri Sun Yeli imzalayıblar.

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli Əqli Mülkiyyət Administrasiyasının rəhbəri Şen Çanyu imzalayıblar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde imzalayıblar.

“Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Çinin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Can Çinson imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin sənaye və informasiya texnologiyaları naziri Li Lıçen imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin kommersiya naziri Van Ventao imzalayıblar.

“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə”ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Sinxua İnformasiya Agentliyinin prezidenti Fu Xua imzalayıblar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi”ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çin Media Qrupunun prezidenti Şen Haysion imzalayıblar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyehon imzalayıblar.

“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.

 

 

 
 


Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Siyahını təqdim edirik:

1. 2004-cü il təvəllüdlü Kərimov Elgün Xankərəm oğlu,

2. 1974-cü il təvəllüdlü Poladova Gülayə Ruhulla qızı,

3. 1987-ci il təvəllüdlü Gözəlova Pərvanə Araz qızı,

4. 1994-cü il təvəllüdlü Zamanova Aytən Adil qızı,

5. 1980-ci il təvəllüdlü Gülüşova Hüsniyyə Sərvər qızı,

6. 1992-cı il təvəllüdlü Aslanova İradə Sahib qızı,

7. 1988-ci il təvəllüdlü Kərimova Şəbnəm Mahir qızı,

8. 1987-ci il təvəllüdlü Süleymanova Səməngül Əvəz qızı,

9. 2003-cü il təvəllüdlü Əlirzayeva Zeynəb Mehman qızı,

10. 1991-cı il təvəllüdlü Rüstəmov Əfqan Həsən oğlu,

11. 1987-cı il təvəllüdlü Sərdarova Nuranə Elmar qızı,

12. 2005-ci il təvəllüdlü İsmayılova Şəhanə Famil qızı,

13.1984-ci il təvəllüdlü Baloğlanova İradə Əzizağa qızı,

14. 2001-ci il təvəllüdlü İsmayılova Pərvanə Cahangir qızı,

15. 1989-cu il təvəllüdlü Məmmədov Novruz Əvəz oğlu,

16. 1988-ci il təvəllüdlü Əhmədova Gövhər Əhməd qızı,

17. 2001-ci il təvəllüdlü Həsənova Nəsibə Ayaz qızı,

18. 1982-ci il təvəllüdlü Həşimova Səbinə Əvəz qızı,

19. 1980-ci il təvəllüdlü Muradova Tərlan İsa qızıdır.

Araşdırmalar aparılır.

***18:24

Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

***17:11

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. 


 
 


Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti müyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir.

Təklif olunan dəyişikliyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mina Mikayılova


Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.

Digər əmrlərlə, Həsənov Ataxan Aftandil oğlu Maliyyə sabitliyi departamentinin, Abbasov Əfqan Hikmət oğlu isə Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru təyin olunub.



İran Xarici İşlər Nazirliyi prezident Məsud Pezeşkianın bu həftə Azərbaycana gedəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məlumat verib.

O, həftəlik mətbuat konfransında prezident Pezeşkiyanın Azərbaycana səfərindən danışıb.

Səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edən Bekayi deyib: "Bu, ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bir fürsət olacaq”.



Roma Papası Fransisk vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Vatikan administrasiyasına istinadən “Reuters” yayıb.

Onun bu gün səhər saatlarında öz iqamətgahında öldüyü bildirilib.

Xatırladaq ki, Roma Papası fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alırdı. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də, daha sonradan vəziyyətinin stabil olduğu bildirilmişdi. Bir neçə gün əvvəl isə Fransisk ictimaiyyət arasında görülmüşdü.

Onu da qeyd edək ki, 88 yaşlı Papa 2013-cü ilin martından bu vəzifədə idi.



“Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qurum rəsmisi növbəti dəfə vətəndaşlara dələduzların qurbanına çevrilməmələri üçün müraciət edib:

“Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Zəhmət olmasa proseduru yenidən başladın. http://….bank”;

“Bank hesabınızın təhlükəsizliyini gücləndirmək, kart istifadəsini müvəqqəti dayandırmaq və ya davam etdirmək üçün http://…..bank”;

“Bank kartınızın təhlükəsizliyi üçün kilidləyin. http://…..bank”;

“Üçüncü tərəfdən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. http://….bank”;

“Biz müştərilərimizlə elektron poçt, birbaşa poçt və s. vasitəsilə onların qeydiyyatdan keçdiyi müxtəlif məlumatların aktual olub-olmadığını yoxlayacağıq. İstifadə üçün burada yoxlayın. http://…..bank” və s.

SMS-lərdə göstərilən internet URL-ə daxil olmayın. Daxil olduğunuz anda mobil telefonda olan məxfi məlumatlar, hesablar, telefon yaddaşı ələ keçiriləcəkdir. Diqqətli olun, hansısa bankın adında təkrar və qarışıq aldadıcı hərf-simvol qoyulmaqla sizi çaşdıra, yanılda bilərlər”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov