Xəbər lenti


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib.


Bizimaz.az Modern.az-a istinadən  xəbər verir ki, “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi” üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovla bağlıdır.


AİHM hesab etdi ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyib.

Azərbaycan tərəfi erməni milliyətindən olan ərizəçilərə- şikayətçilərə (Makuçyan və Minasyan) 15 min 143,33 funt sterlin1 təzminat ödəməlidir.

İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. R.Səfərov, kurs yoldaşı, əslən erməni olan Qurgen Markaryanı onu təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Bakıya təhvil verib, o, Azərbaycanda əfv olunub.

Həmin vaxt ölmüş erməni hərbçinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçi R.Səfərovun Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda AİHM qarşısında ayrı-seçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.

 
18 İyun 2025 Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq
18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov