Xəbər lenti



ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbilə Los-Ancelesə Dəniz Piyadaları Korpusunun 700-ə yaxın hərbçisinin göndəriləcəyini təsdiqləyib.

Oxu.Az "Agence France-Presse"ə istinadən xəbər verir ki, Ağ Evin yüksəkrütbəli rəsmisi qərarın hökumət binalarını və onların əməkdaşlarını qorumaq məqsədi ilə atıldığını bildirib.

Onun sözlərinə görə, hərbçilər şəhərə dəniz piyadaları korpusunun Kamp Pendleton bazasından göndərilib.

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə daha 2 000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.

Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov