"İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb".
Bunu Oxu.Az-ın sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, son günlər İranla İsrail arasında münasibətlər pik həddə çatıb. Gərginlik fonunda tərəflər bir-birinə raket zərbələri endirirlər. Hadisə nəticəsində yüzlərlə insan həlak olub.
Aygün Mirakif