Xəbər lenti

Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

 

Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, Aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda araşdırmalar davam etdirilir.

  •  
  •  
18 İyun 2025 Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq
18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov