Xəbər lenti

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Aqil Muxtar oğlu Şirinovun Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilməsi barədə sərəncam imzalayıb.

 

Bizimaz.az xəbər verir ki, Aqil Şirinov 1979-cu il sentyabrın 28-də Kəlbəcərdə anadan olub. 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-2001-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. 2001-cu ildə Türkiyənin Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub. 2003-cü ildə magistr olub, 2007-ci ildə isə ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

A.Şirinov 2008-ci ildən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən isə baş müəllimi vəzifəsində çalışıb. O, həmçinin, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsində fəlsəfə, islam məzhəbləri tarixi, din sosiologiyası və din psixologiyası fənlərini tədris edib. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Fitva və moizə şöbəsinin müdiri vəzifəsində də çalışır.

Aqil Şirinov 2009-2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində “Studio Kembric” adlı dil kursunun həm ümumi ingiliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini bitirib. O, həmçinin, ABŞ Konqres Kitabxanasının Açıq Dünya (Open World) proqramının “Dini dözümlülük” (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanıb.

Fəlsəfə və islam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalələrin müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif, digərləri həmmüəllif), ikisi xaricdə olmaqla 20-dən çox məqaləsi, 8 tezisi nəşr olunub. O, 13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qeyd edək ki, Aqil Şirinov indiyədək İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.

istinad

18 İyun 2025 Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq
18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov