Xəbər lenti



Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Holdinq” tərəfindən elan olunmuş II Təqaüd Proqramına müraciət prosesi başa çatıb.

 

Bizimaz.az  xəbər verir ki, II Təqaüd Proqramına əsasən, daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək.

“Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib:

1) Şəhid ailələrindən olan tələbələrə;

2) Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə;

3) Məcburi köçkün ailələrindən olan tələbələrə.

Qeyd edək ki, “Palmali”nin II təqaüd proqramı üzrə sənədlərin qəbulu 31 may 2019-cu il tarixinə qədər həyata keçirilib. Proqrama qatılmaq istəyən tələbələr zəruri sənədləri tam siyahı və bir faylda təqdim edib. Palmali səlahiyyətliləri və şura üzvləri sənədlərə baxış keçirərək kateqoriyalara uyğun tələbələr seçiblər. Seçilən tələbələrin adları bu həftə ərzində www.palmaliegitim.com saytında açıqlanacaq. Seçilmiş tələbələr “Palmali Holdinq”ə dəvət olunacaq və hər birinə sertifikat təqdim ediləcək.

Xatırladaq ki, I Təqaüd Proqramı bu ilin martında başa çatır. I Təqaüd Proqramında təhsilə münasibəti və ailə vəziyyətinə görə seçilmiş 50 tələbəyə burs verilməsi davam edəcək.

Onu da qeyd edək ki, bundan əvvəl I Təqaüd Proqramına qoşulan 100 azərbaycanlı tələbə davamlı olaraq burslarını alırlar.

Təqaüd Proqramı yalnız tələbələrə bursvermə proqramı kimi qiymətləndirilməməlidir. Burs alan tələbələrdən bir qrupu “Palmali” şirkətində əmək haqqı almaq şərti ilə təcrübə keçiblər. Daha sonra isə həmin tələbələrdən bir neçəsi “Palmali” şirkətində işlə təmin olunublar.

Axar.az
18 İyun 2025 Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq
18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov