Xəbər lenti

b_500_300_16777215_00_https___modern.az_uploads_news_modern.az_Rashad_(1)_595.jpg

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun seçiciləri ilə görüşləri davam edir.



Bizimaz.az xəbər verir ki, deputatlığa namizəd ilk görüşünə Ərçivan qəsəbəsindən başlayıb. O, seçicilərlə və qəsəbənin ağsaqqalları ilə söhbətləşib, qəsəbənin problemləri ilə maraqlanıb.

Sonra şəhid atası Əliyev Rəziyar Mahmud oğlunun ailəsinə baş çəkib. R.Mahmudov ailənin yaşayışı və problemləri ilə maraqlanıb, dövlətin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan Rəziyar atanın səmimiliyi xoş təsir bağışlayıb.

Rəşad Mahmudov 1974-cü il yanvarın 18-də də Astarada, ziyalı ailəsində dünyaya göz açıb. Rayondakı Səməd Vurğun adına orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra -1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1997-2003-cü illərdə Türkiyə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. 2003-cü ildə Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək, Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.

1997-2002-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2005-ci ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı olaraq, ağır xəstəlikdən əziyyət çəkən minlərlə insana “ikinci həyat” bəxş edib.

Statistikaya müraciət etsək, Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox şəxs üzərində açıq ürək əməliyyatları aparıb ki, onların arasında anadangəlmə ürək qüsuru ilə doğulan yüzlərlə körpə də var.



Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən humanitar aksiyalar çərçivəsində Rəşad Mahmudovun komandası Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba, Füzuli səhiyyə ocaqlarında 800-dən artıq açıq ürək əməliyyatı icra edib.



Sonrakı dövrdə Bakı Ürək Mərkəzində çalşan R.Mahmudov hazırda Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisidir, eyni zamanda ən mürəkkəb ürək-damar əməliyyatlarını uğurla icra edir.



Xaricdə 1 kitabı, 15 elmi məqaləsi və 40 tezisi, Azərbaycanda isə 8 elmi məqaləsi və 5 tezisi çap olunub .               

                b_500_300_16777215_00_images_xeber_sekilleri_11_dekabr_2019_Rashad_1.jpegb_500_300_16777215_00_images_xeber_sekilleri_11_dekabr_2019_Rashad_21.jpeg                                                                                                                                       

18 İyun 2025 Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq
18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov