Xəbər lenti



Dağlıq Qarabağdakı qondarma rejim işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirir və ya farslaşdırır.

 

Eurasia Diary xəbər verir ki, ermənilər Şuşadakı məşhur “Gövhərağa” məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər.

Qondarma “dqr mədəniyyət və turizm nazirliyinin” bildirdiyinə görə məşhur Şuşa qalası 2020-ci ildə restavrasiya olunacaq. Habelə “Gövhərağa” məscidində restavrasiya işləri davam etdiriləcək.

İşğalçılar Xocavənd, Ağdərə rayonları ərazisindəki qədim məbədləri və tarixi abidələri, o cümlədən Laçın rayonundakı XV əsrə aid “Mirik” qalasını da restavrasiya etməyə hazırlaşırlar.

Şuşa qalası isə Şuşa şəhərinin tarixi hissəsini əhatə edən qala divarlarından ibarətdir. Belə ki, 18-ci əsrdə yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdı. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırıldı. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdü.

Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Şuşa qalası üç əsas qapıya malik olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Virtualaz.org

 
 
18 İyun 2025 Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq
18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov