31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.