Xəbər lenti



Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirib.

“Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.



Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.



“Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər”.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.

Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb”.

Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.



İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.



Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib. 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Bu səbəbdən də bu həftə şənbə və bazar günləri rəsmi iş günləri olacaq.

 Qeyd edək ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.



Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. 

Bununla bağlı President.az məlumat yayıb. 

Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 milyard 679 milyon 646 400 manat, xərclər 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilib.

Həmçinin, dövlət baçısı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 911-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. 



Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusuna Ermənistanın istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Z.Həsənov iyunun 16-da Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.



Ötən gün Zəngilan istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin təxribata başladığı post darmadağın edilib.

“Qafqazinfo” “Caliber”ə istinadən həmin görüntüləri təqdim edir:



Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Hafiz Ağalar oğlu

Cəlilov Etibar Yəmli oğlu

Əkbərli Azər Aprel oğlu

Əliyeva Yeganə Agabala qızı

Əsgərov Niyazi Mustafa oğlu

Hüseynova Laləxanım Muxtar qızı

Kərimov Müşfiq İsrafil oğlu

Qurbanov Tərlan Məhəmməd oğlu

Məmmədov Asəf Mayıl oğlu

Məmmədova Sevil Vahid qızı

Nağdalıyev Nəriman Məmməd oğlu

Namazova Hicran Kamal qızı

 

Paşayeva Aybəniz Abil qızı

Salehova Gülbəniz Qara qızı.

Azərbaycanda səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim”

Əzizov Fazil Əziz oğlu

Hacıyev Arif Həmzə oğlu

Mehdiyev Əkbər İsmayıl oğlu

Məhərrəmova Frəngiz Əmirxan qızı

Nurəliyeva Aynaxanım Nuri qızı

Soltanov Əhədağa Mirağa oğlu

“Əməkdar tibb işçisi”

Bağırova Sürmə Kərim qızı

Frolova Alla Əbdul Axatovna

Qulamova Bahar Vaqif qızı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov