Xəbər lenti



Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.

Mənbə iddia edir ki, Sinan Oğan artıq bu gün (22 may) ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək.

Bundan əlavə, Sinan Oğanın beş bəndlik protokola imza atacağı gözlənilir.

Məlumatda həmçinin iddia olunur ki, Sinan Oğan Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Mənbə: Hürriyet



Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb.
 
Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, mərkəz tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir.
 
Bu ilin birinci rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb.
 
Eyni zamanda, plandankənar yoxlamalar nəzərdə tutulmuş 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb.
 
Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib.
 
Qeyd edilməlidir ki, İXM-in 210.1-ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir.
 
İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir.
 
İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
 
Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.


Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında prezident seçkilərinin ikinci turu ilə bağlı paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, Ərdoğan ayın 28-dəki növbəti seçki turunda seçicilərini bir daha ruhlandırıb:
 
"Millətimizin xaricdəki təmsilçilərindən sizlərdən bir daha öz iradənizi güclü şəkildə müdafiə etməyinizi gözləyirəm. Ümid edirəm ki, bu sınaqdan vicdanla çıxacağıq. Xaricdə yaşayan əziz vətəndaşlarım, seçki qutularını partlatdığınız seçkilərin ilk turunu rekord fəallıqla uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz. Mənə və Xalq Alyansına böyük lütf göstərdiniz. Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi qəsb etmək cəhdlərinə boyun əymədiniz. Siz türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan xaricdə və gömrük qapılarında səsvermə başlayır. Olduğunuz ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha sizin iradənizi güclü şəkildə dəstəkləyəcəyinizi gözləyirəm. Bu sınaqdan vicdanla çıxacağımıza ürəkdən inanıram" - deyə Ərdoğan paylaşımında bildirib.
 
Mikayıl


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.

 
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində mayın 19-u Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 19-u Moskvada baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təsdiqləyib.



Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri Azərbaycanda da diqqətlə izlənilir.
 
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bununla bağlı AZXEBER.COM-a danışıb.
 
O bildirib ki, "Cümhur İttifaqı”nın parlamentdə və prezident seçkilərində çoxluq qazanacağı proqnozlaşdırılırdı:
 
"Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planlanların fərqinə vardığını sübut etmiş oldu. Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə Kamal Kılıçdaroğlunu üstələməsi bu deyilənlərin göstəricisidir. Türkiyə Böyük Millət Məclisində də AKP, MHP və Yenidən Rifah Partiyasından ibarət olan "Cümhur İttifaqı” səslərin böyük qismini əldə edib. Parlamentdə çoxluq hazırkı iqtidar komandasına aiddir. Bütövlükdə seçki nəticələrinin monitorinqi göstərir ki, Türkiyə əhalisini 65%-i sağ mərkəzçiliyə səs verib. Türkiyədə solçuluq meyarları öz tərəfdarlarını itirəcək. Seçkilərdən sonra sağ mərkəzçiliyin vahid komada şəklində daha da gücləndiyini görəcəyik”.
 
 
Politoloqu fikrincə, seçkilər Türkiyədə yaxın gələcəkdə müxalifət parçalanacaq:
 
"Hesab edirəm ki, bundan sonra "Altılı İttifaq”da olan müxalifət daxilində çox ciddi çəkişmələr olacaq. Əvvəlcə Meral Akşener "Millət İttifaqı”nı tərk edəcək. Ardınca HDP və Əli Babacan ilə Əhməd Davudoğlunu rəhbərlik etdiyi qrupların tərk edəcəyini düşünürəm. Ola bilsin ki, "Millət İttifaqı”da yanlız CHP və Demokrat Partiyası qalsın. Hətta mühafizəkarların təmsil olunduğu Səadət Partiyasının da "Millət İttifaqı”ından ayrılacağını düşünürəm”.
 
Tural İsmayılov tədqiqatçı yanaşmanın Türkiyənin gələcəyinin sağçılıq, milliyətçilik və Turançılıq olduğunu göstərdiyini vurğulayıb:
 
"Atatürkün qurduğu partiya olan CHP-ni terrorçu PKK azarkeşi Demirtaşın HDP-nə calayanlar, AKP komandasına xəyanət edən Babacan-Davutoğlular, mühafizəkar səs azlığına malik Səadət Partiyasını "Millət İttifaqı"na calayan Temel Karamollaoğlular və təsirsiz Demokrat Partiyası böyük bir fiasko aldı. Akşənərin İyi Partiyası isə heç 10 faizlik seçki baryerini də toplaya bilmədi”.

Şəbnəm Zahir


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.
 
AZXEBER.COM xəbər verir ki, Von der Leyen Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırıb.

"Bu seçkilərdə böyük fəallıq həqiqətən də yaxşı xəbərdir, çünki bu, Türkiyə xalqının gedib səs vermək üçün öz demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci dövrəyə baxmaq lazımdır. Bununla bağlı açıqlamaları çox diqqətlə izləyirik. İkinci turun nə gətirəcəyini görməliyik”, - deyə o, açıqlamasında bildirib.
 
Ayşən


“Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən deyib.

Dövlətimizin başçısı bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib, ölkəmizin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladıb.

Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edən Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.



ürkiyədə səsvermə qutularının 99,87 faizi açılıb.

Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, Kemal Kılıçdaroğlu 44,89 faiz, Sinan Oğan isə 5,17 faiz səs toplayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov