Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin rəhbərliyi və bütün kollektivi ölkəmizdə gündən-günə genişlənən Milli Orduya dəstək aksiyasına qoşulmuşlar. Sentyabrın 27-dən etibarən Milli Onkologiya Mərkəzinin xeyli gənc həkim və mütəxəssisi Vətən torpaqlarını işğaldan azad etmək uğrunda müqəddəs savaşa qalxmış Azərbaycan əsgərlərinə mənəvi və tibbi yardım göstərmək üçün cəbhəyanı xəstəxana və hospitallara yollanmışlar.
Xəbər verdiyimiz kimi, Gəncə şəhəri ərazisinə Ermənistan silahlı qüvvələrinin atdığı dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralananlardan biri azyaşlı uşaqdır.