Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VIII qurultayı işə başlayıb. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.
“Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib”.
Cəbhədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlardan, eləcə də döyüş bölgəsindən gələn qələbə xəbərlərindən sonra ölkədə qələbə abu-havası hiss edilməyə başlayıb.
Azərbaycan Dövlət Nəşriyyatı (Azərnəşr) Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olaraq Silahlı Qüvvələrin Yardım Fonduna daxili imkanı hesabına 10 min manat vəsait köçürüb.