Təmas xəttində düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar, Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.