Xəbər lenti

  

Mənfur ermənilər hələ “yenidənqurma” dövründə Qazax, Tovuz və başqa ellərimizin sərhədləri boyu “sınır korreksiyası” adı ilə torpaqlarımızı “Ermənistan”a qatmağa hüquqi cəhd göstəriblər. Ələlxüsus da meşəliklər, yüksəkliklər düşmənin maraq dairəsində imiş. Lakin yerli ziyalıların dirənişi sayəsində bu fənd keçməyib.

 

O vaxt ermənilərin məkrli planı baş tutsaydı,  Qazax-Bakı magistralı, Gədəbəy-Şəmkir yolu, Böyük Qışlaq-Tovuz yolu, bu vəsilə ilə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir düşmənin atəş mənzilinə düşəcəkdi. Bu il iyulun 12-də cəbhədə törədikləri, qarşısı alınmış təxribat da həmin strateji mövqelərin əhəmiyyətini önə çıxardı.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Qazax rayonuna məxsus olan meşə massivivnin 2224 hektarı mənfur ermənilər tərəfindən işğal olunmuş və vəhşicəsinə meşələr məhv edilir. Ancaq Qərb zonasındakı meşələrin əhəmiyyəli hissəsini ermənidən qorumağa müvəffəq olduq. Bəs əlimizdə qalanı “sapı özümüzdən olan baltalardan” necə, qoruya bilirikmi? Yaxud, sualı başqa cür qoyaq: Təbii sərvətlərmizi qorumaqla vəzifələndirilmiş qurumlar öz işlərinin öhdəsindən gəlirlərmi?

Tovuz rayonunun Cırdaxan kəndində yerləşən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının ərazisinə nəzarət edir. Quruma rəhbərlik edən Afiyət Mikayılovun daşıdığı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, idarənin əməkdaşlarına bu rayonlardakı obyektlərin sahiblərini aylıq “tasa otuzdurmaq” tapşırığı verməsi barədə indiyədək çox deyilib, çox yazılıb.

Düzü, bu “sezon” Afiyət Mikayılovun və onun komandasının “yeşik biznesi” əvvəlki illərdə olduğu qədər gəlir verməyib. Koronavirusa görə sərhədlər bağlı olduğundan, bu rayonlarda yetişdirilən pomidor, xiyar, çiyələk, müxtəlif növ meyvələri Rusiya Federasiyasına və digər ölkələrə daşımaq üçün yeşiklərə ehtiyac ciddi hiss olunmayıb. Əvəzində isə Prezident yanında təşkil olunan, su çatışmazlığına həsr olunan məlum müşavirədən sonra çay vadilərində qum-çınqıl istehsalı ilə məşğul olan karxanaların “taqsa”sı qaldırılıb. Təmənna qarşılığında göz yumduqları başqa nəsnələr də var. Məsələn, order olmadan əldə edilmiş oduncağın satışını həyata keçirənləri “görmürlər”.  Afiyət Mikayılovun şərtlərinə razılaşan sex  sahiblərinə “sudan quru çıxmağın” yolu öyrədilir: Guya işlətdikləri ağac kötükləri həmin rayonun ayrı-ayrı sakinlərinin şəxsi təsərrüfatına yararlı olmayan ağac nümunələridir. Bunu sövdələşdikləri bələdiyyə orqanlarının rəsmi möhürü ilə təsdiqlənmiş bir neçə arayış əldə etməklə “rəsmiləşdirirlər”.

Torpaqlardan kim necə istəyirsə, elə də istifadə edir. Məsələn, kim istəyirsə hektarlarla yeri qazaraq göl düzəldir. Bundan əlavə, torpağın əvvəlcə təyinatını dəyişir, daha sonra isə sənaye tullantıları ilə doldururlar. Əlbəttə ki, bütün bu proseslər Afiyət Mikayılovun “qılıncının altından keçəndən” sonra mümkün olur.

Afiyət bəyin işçilərinin ehtikarlıq etdikləri məsələlərin biri də indi əsas problem olan pandemiya şəraitində əks-epidemik qaydaları pozaraq meşə və qoruq-parklarda gəzinti-ziyafət təşkil edən şəxslərlə “aparılan iş”dir. Maraqlıdır ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edənlərin siyahısında fərdi qaydada Afiyət Mikayılovun adı yoxdur. Əvəzində Mikayılov Orxan Afiyət oğlunun adı var – cəmi 10 (on) manat(!?)

Mövzuya qayıdacağıq.        

31 May 2025 Ən yüksək balı onlar topladı
11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov