Xəbər lenti

 

Ötən əsrin 70-80-ci illərində tikilən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında görülən yenidənqurma işləri yekunlaşıb. İstismar müddətini bitirən elektrik stansiyası əvvəlkindən də müasir və səmərəli vəziyyətə gətirilib.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, iyunun 26-27-də “Azərenerji” ASC bir qrup media nümayəndəsinin iştirakı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) media-tur təşkil edib. 

Media-tur zamanı jurnalistlərə yenidənqurma çərçivəsində görülən işlər, istifadəyə verilən yeni sistemlər barədə ətraflı məlumat verilib.

Belə ki, 2018-ci ilin 3 iyul tarixində istismar müddətini bitirən və kritik həddə fəaliyyətini davam etdirən “Azərbaycan” İES-də baş verən qəza nəticəsində enerji sistemi çökmüşdü.

Mingəçevirdə baş verən məsələyə dərhal Prezident İlham Əliyev birbaşa müdaxilə edərək, Dövlət Komissiyası yaradıb. Araşdırma zamanı isə günahkarların müəyyən olunaraq, cəzalandırılması ilə yanaşı kompleks araşdırmalara da qərar verilib. 

Məlum olub ki, qəzadan əvvəl stansiyanın qoyuluş gücü 2400 meqavat (MVt) olsa da, maksimum 1680 meqavat güclə işləyib və stansiyanın enerji blokları, qazanlar, sexlər, yarımstansiyalar, mühafizə sistemləri də daxil olmaqla bütövlükdə nəhəng enerji obyekti istismar müddətini başa vurub. Dayanıqlıq, etibarlıq və təhlükəsizlik ən minimum səviyyəyə düşüb. 

Beynəlxalq şirkətlərin apardığı texniki monitorinq və audit hesabatlarında birmənalı şəkildə bildirilib ki, “Azərbaycan” İES ömrünü başa vurub. Stansiya ən yaxşı halda 2022-ci ilə qədər fəaliyyət göstərə bilər ki, bu da çox təhlükəlidir. Belə bir vaxtda Prezident İlham Əliyevin qətiyyətli, çevik və sərt müdaxiləsi ilə stansiyada bütün parametrlər üzrə tikinti, yenidənqurma və təmir işlərinə start verilir. Hər biri ayrı-ayrılıqda elektrik stansiyası statusunda olan səkkiz enerji bloku, ölkənin üç ən böyük yarımstansiyasından biri olan 500 kV-luq və qəza baş verən 330 kV-luq yarımstansiyalar, dağılmış Qarabağ kanalı, sexlər, bir sözlə 183 hektar ərazisi olan “Azərbaycan” İES tikinti şəhərinə çevrilib.   

Beləliklə tikinti, yenidənqurma və bərpa prosesi xüsusi diqqətdə saxlanılıb və yenidənqurma tədbirləri çərçivəsində səkkiz enerji blokunda lazım olan texniki avadanlıqlar, material və ehtiyyat vasitələr təmin edilib.

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında görülən işlər barədə məlumat verən “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov “Azərbaycan” İES-in ölkədə mazutla işləyən yeganə elektrik stansiyası olduğunu deyib:

“Stansiya həm qaz, həm də mazutla fəaliyyət göstərə bilir. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər qaz təchizatında hər hansı problem yaranarsa, mazut ehtiyatı İES-in bir ay tam gücü ilə işləməsini təmin edə bilər.

İES ərazisində 18 mazut çəni tikilib. Yenidənqurma işləri çərçivəsində mazut təsərrüfatının yanğınsöndürmə sistemi də tam yenilənib. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi hazırlanıb və artıq istifadəyə verilib”.

Stansiyanın ərazisindən keçən “Yuxarı Qarabağ” kanalının dib hissəsi, sağ və sol yamacları bir kilometr məsafədə betonlanaraq əsaslı təmir edilib.

Qəza baş verən 330 və 500 kV-luq yarımstansiyalarda hava açarları eleqaz açarlarla əvəzlənib, istismar müddətini bitirdiyindən hər an partlaya bilən bütün cərəyan, o cümlədən gərginlik transformatorları yenilənib. 

Yarımstansiyada kommutasiya aparatları, idarəetmə, mühafizə, nəzarət kabelləri, kabel kanalları tam yenidən qurulub. Yarımstansiyalar üçün yeni idarəetmə binaları tikilib və ən müasir avadanlıqlarla təchiz edilərək istismara verilib.

Bununla yanaşı “Azərbaycan” İES-in Baş İdarəetmə Mərkəzi tikilib. Burada hündürlüyü üç, eni 24 metr olan monitor vasitəsi ilə seksiyalar üzrə səkkiz enerji bloku, yarımstansiyalar, yüksək gərginlikli xətlər avtomatik rejimdə idarə olunur. Azərbaycan İES-in əks-qəza avtomatikası, SCADA Dispetçer sistemi tam yenidən qurulub. 

Eyni zamanda binada regional Tədris Mərkəzi tikilərək istifadəyə verilib.

Yanğından mühafizə idarəsi əsaslı təmir edilib. Burada yanğına qarşı yeni nasos stansiyası qurulub, köpüklə söndürmə sistemi quraşdırılıb. Stansiyanın perimetr üzrə videomüşahidə sistemi ilə təchiz edilmiş altı kilometr uzunluğunda yeni mühafizə hasarı, altımərtəbəli mühəndis korpusu da daxil olmaqla əsas və köməkçi binalar kompleks şəkildə yenidən qurulub.

Ümumilikdə, görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılaraq etibarlılıq, dayanıqlıq, səmərəlilik və təhlükəsizlik təmin edilib. Ən əsası 600 meqavatdan artıq “itirilmiş” güc bərpa olunub.

Xatırladaq ki, iyunun 25-də Azərbaycan Respublikasının Orezidenti İlham Əliyev yenidənqurma işləri tamamlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) açılışında iştirak edib.

Könül Cəfərli

13 İyun 2025 3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
31 May 2025 Ən yüksək balı onlar topladı
11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov