Xəbər lenti

Avropada vəziyyət düzəlsə də, bütün dünyada virusun təhdidləri davam edir. 

Bizimaz.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

H.Harmancı qeyd edib ki, dünyada virusa yoluxmanın 100 minə çatması üçün iki ay vaxt getmişdi, ancaq son 24 saatda 180 mindən çox yoluxma olub:

“Avropada vəziyyət yaxşılaşmağa doğru getsə də, qlobal olaraq yaxşı deyil. Avropada virusdan yoluxanların 21 faizi tibb işçiləri, vəfat edənlərin 95 faizi isə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, xəstələrin 94 faizi 65 yaşdan yuxarı insanlardır”.

O deyib ki, virus əleyhinə hazırlanan peyvəndlərdən biri sınağın son mərhələsindədir: "2021-ci sonuna kimi bu peyvəndin əlçatan ola biləcəyi gözlənilir".

H.Harmancı həmçinin deyib ki, "Deksametazon" dərman preparatının ölüm hallarının azaldılmasında mühüm rol oynadığı müşahidə edilir.

H.Harmancı əlavə edib ki, bu yaxınlarda Azərbaycana yeni fərdi qoruyucu vasitələr gətiriləcək. Bundan sonra daha iki partiya qoruyucu vasitələr gətiriləcək.


Onun sözlərinə görə, son 14 gündə Azərbaycanda COVID-19-a yoluxma sayında 50 faiz artım olub.

Onun sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır:

“Mən COVID-19-u təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özünüz üçün saxlamayın. Bu barədə digər insanlara da məlumat verin”.

13 İyun 2025 3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
31 May 2025 Ən yüksək balı onlar topladı
11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov