Xəbər lenti



İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağa səfəri,Şuşa şəhərində rəsmi qarşılanması həqiqətən də həm ölkələrimiz üçün, həm də bütün Türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Türkiyə Prezidentinin Şuşaya səfəri Azərbaycanın arxasında qardaş ölkənin timsalında belə bir böyük gücün durduğunu və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu. Şübhəsiz Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi.
Səfər zamanı prezidentlər arasında müttəfiqlik haqqında bəyannamənin imzalanması bu səfərin əhəmiyyətini daha da artırdı. Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni, daha yüksək mərhələyə qədəm qoydu. Əslində Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir. Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə, bir dövlətinin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsi imzalanarkən tarixi Qars müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Qars müqaviləsinə əsasən, onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuriyyəti hesab edilir. Ən maraqlı məqam isə odur ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb və bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tərəfindən dəstəklənir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır.
Belə ki, bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını birləşdirməklə, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu, nüfuzunu daha da artırdı.Səfər zamanı təşkil olunan bütün rəsmi və qeyri rəsmi tədbirlər cox yuksək səviyyədə hazırlanmışdır.İki qardaş ölkənin başcılarının səmimi söhbətləri,mehriban davranışları bir daha sübüt etdi ki,liderlərin münasibətləri cox yuksək səviyyədədir.
Səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata verdiyi bəyanatında səsləndirdiyi fikirlər ölkəmizin təhlükəsizliyi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayan Türkiyə Prezidenti deyib: “Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya, Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənməsi bir daha sübüt etdi ki,bu qardaşlıq əlaqələrinə hec kəs xələl gətirə bilməz.

Zaur Vəliyev
UNEC-in nəznində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini



“Şuşa Bəyannaməsi”ndə ən önəmli məsələlərdən biri də yeni geosiyasi gerçəkliyin, Türk Şurasının lokomotivləri olaraq Türkiyə və Azərbaycanın Türk dünyası ilə iş birliyinə verdikləri önəmin vurğulanması, ikinci Qarabağ savaşından sonra yeni bir geosiyasi gerçəkliyin ortaya çıxmasının bir daha vurğulanmasıdır.

Ardını oxu...

b_500_300_16777215_00_images_xeber_sekilleri_10iyun21_Glr_Quliyeva2.jpg


2021-ci ilin 15 iyun günü Azərbaycan tarixində təkcə Qurtuluş Günü kimi deyil, həm də onunla yadda qaldı ki, məhz həmin gün Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, dövlət başçımız başqa bir dövlət başçısını, həm də qardaş ölkənin rəhbərini Qarabağın gözü olan Şuşada qarşıladı.

Ardını oxu...



Qarabağ münaqişəsi artıq geridə qalıb. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 il işğal altında qalmış torpaqlarımızı azad etməklə haqqın, ədalətin bərqərar edildiyini bütün dünyaya göstərmiş oldu.

Lakin ermənilər yenə də dinc dayanmır. Terror, soyqırım, başqalarının torpağını işğal etmək, digər xalqların mədəniyyətini, incəsənətini, adət-ənələrini oğurlayaraq özününkiləşdirmək erməni streotipinin bariz nümunəsidir. Bu gün biz bu cür şərəfsiz düşmənlə üz-üzə dayanmışıq. Hər cür iyrəncliklərə əl atan Ermənistan mülki əhaliyə qarşı terror aktı törətməkdədir. Bütün bunlar Ermənistan üçün heç bir hüququn, o cümlədən beynəlxalq humanitar hüququn keçərsiz olduğunu göstərir.



Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, “Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır” İyun ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən mənfur düşmənin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində basdırdığı minaya düşərək 3 nəfər həmvətənimiz həlak oldu. Həlak olanlardan ikisi jurnalist, digəri isə dövlət işçisidir.



Baş vermiş bu faciəni bütün dünyaya çatdırmaq, erməni vəhşiliyini beynəlxalq aləmdə sübüt etmək hər bir vətəndaşın borcudur. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Baş verən faciə onu göstərir ki, Ermənistan hələ də “dəmir yumruqdan” dərsini almayıb, öz məkrli siyasətini davam etdirir. Ermənistan işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini bu gün də həyata keçirməklə istər regionda sabitliyin əngllənməsində, istərsə də mülki vətəndaşların həyatını ciddi təhlükə altında qoyur. 10 noyabrda imzalanmış razılaşmaya görə, eyni zamanda beynəlxalq qanunlara əsasən Ermənistan dövləti minalanmış ərazilərin xəritəsini Azərbaycan dövlətinə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq isə beynəlxalq hərbi cinayətdir. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin. Beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir.





Təəssüflə qeyd edirik ki, heç bir beynəlxalq qurum bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymayıb. Ermənistanın bu cinayətkar əməllərinə, hüquq və qanun pozuntularına Beynəlxalq İnsan Hüquqları Təşkilatları hələ də etinasız qalır. Və təbii olaraq bu cür etinasızlıq regionda cinayət hallarının artmasına səbəb ola bilər.

Sveta Behbudova

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin metodisti
 



Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “5 iyun Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunmuş “İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin aqrar sahəyə təsiri, problemlər və perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Ardını oxu...



Kürəkçayda qaralandıq,
Türkmənçayda yaralandıq,
Gülüstanda paralandıq,
Sən o tayda, nən bu tayda.

Düz Arazın qırağında,
Bacı, qardaş sorağında,
Bir kəlmə yaz varağında,
Sən o tayda, mən bu tayda.

Sənin dilin mənim dilim,
İtirdilər ilim-ilim,
Əhvalını hardan bilim,
Sən o tayda, mən bu tayda.

Dostunla düşməni tanı,
Qoyma bata nahaq qanı,
Talıboğlu, çək cəzanı,
Sən o tayda, mən bu tayda.

Asif Taliboglu

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov