Xəbər lenti

“Hazırda bütün dünyada yüklərin təqribən 90 faizi məhz dəniz yolu ilə daşınır. Qurur hissi ilə deyə bilərik ki, Azərbaycanın sürətli inkişafında da dənizçilərin xüsusi əməyi var. Belə ki, dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Dünya sularında Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz isə daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafına töhfələr verirlər”.

Ardını oxu...

Bu gün UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, “Riyaziyyat və statistika” kafedrasının dosenti,  əməkdar müəllim Nuru Ağabala oğlu Mikayılovun 75 yaşı tamam olur.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi Nuru müəllimi 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Bu gün UNEC regionun ən güclü universitetlərindən birinə çevrilməkdədir. UNEC-də aparılan uğurlu islahatların, tətbiq olunan yeni innovasiya və qabaqcıl texnologiyaların kolleclərin tədris prosesinə gətirilməsində Nuru müəllim öz böyük  təcrübəsini əsirgəməmişdir.

Ömrünü gələcək nəslin yetişdirilməsinə və tərbiyəsinə həsr etmiş Nuru müəllimə daima kolleclərə göstərdiyi diqqət və qayğıya görə xüsusi təşəkkürümüzü bildiririk.

İnanırıq ki, Nuru müəllim hələ uzun illər Azərbaycan təhsilinin və elminin inkişafına öz dəyərli töhfələrini verəcəkdir. Doğum gününüz mübarək!

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi adından pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov

Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində bir çox nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənməyə doğru hərəkət edir. Bütün bunların kökündə isə ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazasının yaradılması olmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına ilk növbədə müəllimin təsiri onların akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən irəli gəlməkdədir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğunlaşdırılmalıdır.

Çox təəssüf ki, bu gün bəzi müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərə cavab vermir. Belə olan halda təhsilalanların əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri düzgün qiymətləndirilmir.

Hazırda təhsil iqtisadiyyatda tələb olunan  bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. Sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır.

Əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis-kadr hazırlığını özündə ehtiva edən orta ixtisas təhsili pilləsi üzrə müasir çağırışlara nəzər yetirəndə  məlum olur ki, burada tələb və təklif arasında ziddiyyətlər hökm sürür. Bu ziddiyyətləri aradan qaldırmaq ücün bir neçə problemlər hələ də həll olunmamış qalır. Bəs belə olan halda nə etməli?

1. İlk növbədə təhsil verənin maddi-texniki bazası müasir tələblərə cavab verməlidir və kadr potensialının gücləndirilməsi istiqamətində müxtəlif məzmunlu iş aparılmalıdır;

2. Tələbələrin əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmələri işi sürətlə təkmilləşdirilməlidir;

3. Məzunların gələcəkdə əmək bazarında işlə təmin edilməsinə dair problemlərin araşdırılması aparılmalı və bu sahədə aşkar olunan nöqsanlar əsaslı şəkildə həll edilməlidir;

4.Təhsilverənin hər biri beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlərini qurmağı bacarmalı və sınaqdan keçmiş təcrübəni milli xüsusiyyətlərə çevirməyi üstün tutmalıdır;

5. Müasir metodları əldə etmiş təhsilverənin peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına şərait yaradılmalıdır;

6. Hər semestrdən sonra  təhsil müəssisələrində keyfiyyətin monitorinqi və qiymətləndirməsi mexanizmi yenidən işlənib hazırlanmalıdır;

7. Yeni təhsil proqramları, təlim metodikaları, təhsilalanlar arasında sağlam rəqabətin stimullaşdırılması təmin edilməlidir;

8.Təhsil müəssisəsində şəffaf idarəetmə modeli yaradılmalıdır;

9. Orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizmi təkmilləşdirilməlidir;

10. Xüsusi istedadlı təhsilalan üçün inkişaf proqramları hazırlanmalı və onların kurrikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərin müəyyən olunmalıdır;

11.Təhsilverən köhnə mexanizmi müasir standartlarla əvəzləməyi bacarmalıdır;

12.Təhsilverənlər ölkənin ictimai siyasi həyatında xüsusi rol oynamalıdırlar;

13. Bilik və bacarıqların təhsilalanlara ötürülməsi zamanı öyrədənlər əldə etdikləri nailiyyətlərdən istifadə etmək bacarıqlarını kollektivdə nümayiş etdirməlidirlər;

14. Orta ixtisas təhsili müəssisələrində subbakalavrların bütün proqramları müasir tələblərə cavab verməli və bu istiqamətdə təhsilin məzmunu köklü şəkildə dəyişdirilməlidir;

15. Bütün təhsilverənlər müasir çağrışlara cavab verən təlimlərə cəlb olunmalıdırlar;

16. Bu müəssisələrdə karyera mərkəzi, keyfiyyətin təminatı mərkəzi kimi mərkəzlər açılmalı və beynəlxalq təcrübəyə uyğun nizamnamə hazırlanaraq fəaliyyətlər tərtib edilməlidir;

17. Orta ixtisas təhsili müəssisələrində dərsdənkənar fəaliyyətin təşkili üçün tələbə klubları qurulmalı və geniş fəaliyyəti üçün şərait yaradılmalıdır;

18. Tələbələrin təcrübə proqramları daha nizamla həyata keçirilməli, onların əmək bazarının müasir dövrdə tələb etdiyi praktiki bacarıqlara yiyələnmələri təmin olunmalıdır

Təbii ki, bütün bu bəndlərə əməl etmək qısa müddət ərzində mümkün deyil. Konstitusiyada təsbit edilmiş təhsil hüququnun təmin edilməsi məsələsi böyük əhəmiyyət kəsb edir. Hər bir kəsin təhsil almaq hüququ olduğu kimi təhsilverənin də imkanları genişlənməlidir. Konstitusiyada təsbit edilmiş normalar orta ixtisas təhsili müəssisələrinin bütün pillələrini özündə ehtiva edir.

Modern milli təhsil sisteminin yaradılması istiqamətində bütün səylər səfərbər olmalıdır. Tələbələrdə daxili motivasiya yaratmaq lazımdır. Bunun üçün qərar verən zaman onları da proseslərə qoşmalı, fikirləri alınmalıdır. Yüksək motivasiya olunmuş tələbələrlə daha çox praktiki nəticələrə yiyələnmək mümkün  olar.

Zaur Vəliyev

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində 1 İyun Uşaqların Ümumdünya Müdafiə günü münasibəti ilə şəhid övladları üçün tədbir təşkil edib.
 
AZXEBER.COM xəbər verir ki, tədbir şagirdlərin vətənpərvər şüarlardan ibarət xor çıxışı ilə başlayıb.

"Qarabağda uşaqlıq" adlı tamaşanın nümayişindən sonra şagirdlər şeirlər səsləndirib və piano müşayiəti ilə mahnı oxuyublar. Daha sonra "Tarix dərsi" tamaşası, Vətən Müharibəsi qurbanları ilə bağlı video-çarxlar, kliplər göstərilib, şəhidlərin xatirəsi anılıb.
 
Şəhid övladlarının çıxışları və 44 günlük müharibədən bəhs edən tamaşanın ardınca himn səsləndirilib.
 
Tədbir Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlunun çıxışı ilə yekunlaşıb.
 
Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin pandemiya ilə əlaqədar COVID-19 testi verməsi tələbi ləğv olunub. Artıq dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. 

Şöbə müdiri bildirib ki, tibb ocaqlarında test tələbi aradan qaldırılıb:

“Artıq COVID-19 testlərinin götürülməsi tibbi göstəriş əsasında icra olunur. Tibbi göstəriş dedikdə, xəstədə COVID-19 virusuna xas şübhəli əlamətlərin (qızdırma, şübhəli təmas, öskürək və s.) olması nəzərdə tutulur”.

Mayın 26-da Türk Dövlətləri Təşkilatının (TDT) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Məsul Nazirlərinin Xüsusi Toplantısı Bakıda keçiriləcək.

Bu barədə TDT məlumat yayıb.

Bildirilir ki, tədbir Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ev sahibliyi və TDT-nin baş katibi Bağdad Amreyevin moderatorluğu ilə keçiriləcək. İclasda TDT-nin Üzv və Müşahidəçi Dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə məsul nazirləri iştirak edəcək

“TEKNOFEST Azərbaycan” Aviasiya və Texnologiya Sərgisi ilə üst-üstə düşən nazirlərin görüşü “Take Off Baku” Müəssisələri Sammiti və “TEKNOFEST”in açılış mərasimi ilə başlayacaq.

İclasda iştirak edən nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər “TEKNOFEST” turunda iştirak edəcək və müxtəlif pavilyonları ziyarət edəcəklər.

Həmin günün ikinci yarısında nazirlər rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət, kibertəhlükəsizlik alt işçi qrupları çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq, İKT infrastrukturunun inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında İKT sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi, TDT-yə üzv dövlətlər arasında “Ümumi Mobil Cihaz Qeydiyyat Sistemi”nin hazırlanması, “TDT Rəqəmsal İnnovasiya Kataloqu” layihəsinin hazırlanması məsələlərini müzakirə edəcəklər.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bəxtiyar Hüseynovun müəllifi olduğu “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı baş tutub.

Təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov kitabın həm elmi əsər həmdə dərs vəsaiti kimi qiymətli mənbə olduğunu diqqətə çatdırıb. Kitabda Qarabağın əsrarəngiz təbiəti və ekologiyası, işğaldan sonrakı bərpa dövründə aparılan quruculuq işləri də önə çəkilib. Rektor deyib ki,  kitabda müəllifin “Qarabağ Azərbaycandır” mövzusunda silsilə şeirləri və “Üzün gülsün, Qarabağ” adlı geniş həcmli lirik poeması da yer alıb.

Bəxtiyar Hüseynov 1960-cı il martın 25-də Lənkəran rayonunun Sinovli kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirdikdən sonra müxtəlif məsul vəzifələrdə çalışıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional ETSİ-nin əməkdaşıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı laureatıdır. On bir kitabın müəllifidir.

Sonra çıxış edən Universitetin Ekologiya kafedrasının müdiri Musa Bayramov, assistent Mədinə Abışova və digər natiqlər kitab haqqında fikirlərini səsləndiriblər. 

Kamaləddin Qafarov: “Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır”

Kamaləddin Qafarov: “Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır”

“Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili məlumat verib ki, bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi: “Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular”.

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Millət vəkili xüsisi vurğulayıb ki, Azərbaycan Ordusu müharibə dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və müharibəni ləyaqətlə aparıb: “ Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir”.

aia.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov