Xəbər lenti



Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Ağayev 1939-cu il yanvarın 2-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Teatr İnstitunun Musiqili komediya fakültəsinə daxil olub, 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub, həmçinin Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olub, müxtəlif vaxtlarda 7 bədii filmdə çəkilib. Barəsində "Bəxtimə düşən sənət" sənədli filmi çəkilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb.
ABŞ prezidenti Donald Tramp erməniləri növbəti dəfə məyus edib.
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp 1915-ci il hadisələrinin 103 illiyi ilə bağlı çıxışında "erməni soyqırımı" ifadəsini işlətməyib. ABŞ prezidenti məlum olayları "böyük fəlakət" adlandırıb.

Xatırladaq ki, vaxtilə onun sələfi Barak Obama da eyni ifadələri işlətmişdi.


Ermənistanda keçirilən etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyan milyarder-siyasətçi Qaqik Tsarukyanla görüşüb.
 "Jamanak" qəzetinə istinadən xəbər verir ki, görüşdə “Tsarukyan” fraksiyasının Paşinyanın baş nazir postuna namizədliyinin lehinə səs verəcəyi qərara alınıb.

Qarşı tərəfə jest olaraq Paşinyan rəhbərlik edəcəyi müvəqqəti hökümətin tərkibində “Tsarukyan” ittifaqının üzvlərinə yer verəcəyini deyib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Abdinli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfərinin ikinci gününə olan proqramı açıqlanıb.
 xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-da Türkiyə prezidentinin iqamətgahında ölkə başçısının rəsmi qarşılanma mərasimi keçiriləcək.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olacaq.

Bakı vaxtilə saat 13:30-da VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Ardınca sənədlərin imzalanma mərasimi və ortaq mətbuat konfrası olacaq.

Saat 15:00-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə başçısının şərəfinə rəsmi nahar verəcək.


Milli Məclis "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunun layihələrini müzakirəyə çıxarır.
 xəbər verir ki, qanun layihələri Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


“Təəssüflər olsun ki, Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin “İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilmərəm. Bu bölmədə görülən işlərlə bağlı söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alır”.

Ardını oxu...



Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib.
Təhsil Nazirliyindən AzVision.az-a bildiriblər ki, akademik Ramiz Mehdiyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə nailiyyətlərin əldə olunduğunu qeyd edib, xüsusilə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb.Nazir Ceyhun Bayramov dövlətimizin başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu geniş hədəfli vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini, bütün qüvvələrin səfərbər olunacağını vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov Azərbaycanın təhsil naziri təyin edilib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov