Xəbər lenti



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 30-dək davam edəcək.

Bu barədə  DİM-in mətbuat xidmətindən məlumat verilib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Bu gün saat 09:30-dək olan məlumata əsasən, 78509 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər  ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

O bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqlar da müzakirə mövzuları arasında olub.



Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

T
əbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm".



Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

Ardını oxu...



Cari ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur.

Ardını oxu...

Kim Çen In müharibənin başa çatdığı 1953-cü ildən bəri Cənubi Koreyanın sərhədini keçən ilk Şimali Koreya lideri olub. 

O, demilitarizasiya zonası olan Pxanmuncom kəndində Cənubi Koreya lideri Mun Çje İn ilə görüşüb. Bu, Koreya liderlərlərinin 2007-ci ildən bəri ilk görüşü olub.



Rusiya prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiya mərasimində altı il əvvəlki ssenari təkrarlanmayacaq. Həmin vaxt seçkilərdə qalib gəlmiş prezidentin Moskvanın boş küçələrindəki qatarı canlı efirdə yayımlanmışdı. 

 bununla bağlı “İnterfax” hökumətdəki mənbəyə istinadla məlumat yayıb.

“Bu ssenari təkrar olunmayacaq. O zaman Ağ Evdən Kremlə gələn qatar simvolik xarakter daşıyırdı: altı il əvvəl Vladimir Putin baş nazirlik kreslosunu tərk edərək, prezident postuna seçilmişdi. 

Bu dəfə prezident öz iş yerini dəyişmir”, - mənbə deyib.

O xatırladıb ki, 2012-ci ildə seçkilərdə qələbə qazanan Putin qara limuzinlə Kreml sahilində və Vasilyevsk enişindən keçərək Kremlə gedib. Bu, efirdə canlı yayımlanıb. O zaman çoxları qatarın keçdiyi yolun boş olmasına diqqət yetirib. 

“Budəfəki inauqurasiya mərasimi fərqli olacaq. Beş minə yaxın qonaq mərasimə təşrif buyuracaq”, - o qeyd edib. 

Qeyd edək ki, 2012-ci ildə keçirilən andiçmə mərasimində iki minə yaxın qonaq iştirak edib.

Dəvət olunanlar arasında seçki kampaniyasının üzvləri, könüllülər, prezidentin seçki qərargahında iştirak edən şəxslər də olacaq. 

“Qonaqların bir qismi Putinin Kremlin Katedral meydanında qəbul edəcəyi paradı canlı izləyə biləcəklər”, - mənbə əlavə edib. 

“İnauqurasiyanın qalan hissəsi protokola uyğun formada baş tutacaq. Mərasimin ssenarisi Rusiyanın sabiq prezidenti Boris Yelstinin dövründə hazırlanıb və o vaxtdan dəyişdirilməyib.  

Fərq isə mərasimin keçiriləcəyi yerdədir. Yeltsinin çıxış etdiyi Kreml sarayı iki min nəfərlik tutuma malikdir”, - o bildirib
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.
 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik etdi.

O, Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirdi ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğuladı. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd etdi ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı bildirdi ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır.

İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlətimizin başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olundu.


Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.

Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Birincilik uğrunda 10 komandadan 20 pilot mübarizə aparacaq. Yarış trekinin uzunluğu 6 kilometrdir. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.

Qeyd edək ki, bu gün "Formula 1" və "Formula 2" üzrə sərbəst yürüşlər təşkil olunacaq. Aprelin 28-də sərbəst və sıralama yürüşü, "Formula 2" üzrə isə birinci yarış keçiriləcək. Aprelin 29-da isə Azərbaycan Qran-Prisi, həmçinin "Formula 2" üzrə ikinci yürüş baş tutacaq.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov