Xəbər lenti

Bakı. 3 may. Lələtəpə yüksəkliyi 2016-cı ilin aprel ayında düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam Azərbaycanın nəzarətinə keçdi. Ölkə Prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırdı və 2017-ci ildə “Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı.

Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan "Kapital Bank" Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə "Kapital Bank"ın bankomatı quraşdırılıb.

"Kapital Bank" tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyona yaxın ödəniş kartı vardır. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. "Kapital Bank"ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.





Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ardını oxu...



Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Ardını oxu...



Moskvada 1 May Dünya Zəhmətkeşlər Günü münasibətilə parad başlayıb.

, Qırmızı Meydanda baş tutan paradda onminlərlə insan iştirak edir.

Parad səbəbindən paytaxtın bəzi hissələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.



Maddi dəstək alacaq din xadimlərinin siyahısı artıq dəqiqləşib.

bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, siyahıya uyğun olaraq, Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər onlar üçün açılan bank hesablarından ödənişlərini ala biləcəklər.

M.Qurbanlı qeyd edib ki, vəsait fevral ayının sonundan ayrıldığından mart ayı ilə birgə hesablanaraq din xadimlərinə ödəniləcək:

"Bakı və Bakıətrafı qəsəbələrdə çalışan din xadimlərinin siyahıları tam hazırdır. Naxçıvan Muxtar Respublikası da siyahıları təqdim edib. Yaxın günlərdə maddi dəstək ödənilməyə başlanılacaq".

Komitə sədri əlavə edib ki, siyahıda ümumilikdə 1000-dən çox din xadiminin adı var:

"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq".

Mübariz Qurbanlının sözlərinə görə, Naxçıvanda çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq



Putin və Netanyahu təcili görüşəcək

Netanyahunun İranın nüvə proqramı ilə bağlı qalmaqallı bəyanatından sonra, onunla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 bu barədə İsrail hökumət başçısının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Bu gün axşam saatlarında İranın hərbi nüvə proqramı ilə bağlı sənədlərin ictimailəşdirilməsindən sonra baş nazir Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Hər iki lider Suriya məsələsini müzakirə edib və ən tez zamanda görüşmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov