Xəbər lenti


Nazirlər Kabineti 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişikliklər edib.

Bizimaz.az:  Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilsin”.


5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

Bizimaz.az:  5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında”adlı ilk beynəlxalq sənəd imzalanıb.

 

1994-cüildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu günün qeyd edilməsi BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.

Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. 

Mən də öz adımdan, başda adminimiz Zaur müəllim olmaqla bütün müəllimləri ürəkdən təbrik edir, can sağlığı və uğurlar arzulayıram.


Son günlər ictimai nəqliyyatda sərnişinlər arasında yaranan mübahisələrin ciddi dava ilə nəticələnməsi halları artıb. Bu cür hadisələrlə bağlı yayılan görüntülərdə bəzən söyüş, tərbiyəsiz ifadələrin səsləndirilməsinin də şahidi oluruq. Təbii ki, bu hallar digər sərnişinlərin narahatlığına səbəb olur. Üstəlik, həmin vaxt avtobusda olan azyaşlıların bu cür hallara şahid olması heç də xoş deyil. Ümumiyyətlə, bu cür davalar həm sərnişinləri narahat edir, həm də sürücünün diqqətini yayındırır. Təbii ki, belə olan halda qəzaların baş verməsi qaçılmaz olur.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov