Bir neçə gün öncə Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTD) professor-müəllim heyətini, tələbələrini və məzunlarını bu ali məktəbin 260 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasında hər il 13 oktyabrda qeyd olunan dəmir yolu nəqliyyatının bütün işçilərinin peşə bayramı. Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün "Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü" olduğuna görə verilir
Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.
“Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil”
Sentyabrın 25-də İran mətbuatı xəbər verib ki, İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni Qumdakı mədrəsəni tərk edərək Nəcəfə köçür. Bundan sonra transferin səbəbləri, xüsusilə Qumda geniş tanınan nəvə Xomeyninin qəfil gedişi ilə bağlı suallar və ehtimallar baş qaldırıb.
"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Əgər lazım olarsa, bu qoşunlar Qarabağda da tapşırıq icra edəcək"