Xəbər lenti


Nazirlər Kabineti “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edib.
Bizimaz.az: bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə görə, icra məmurlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar sırasına Ədliyyə Nazirliyinin Probasiya Xidməti də əlavə edilib.

Bundan başqa yoxlama aparan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası, islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin icrasına baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkilməsi təxirə salınmış məhkumlara, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini yoxlayacaq.

Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə yubiley medal təsis edilib.
Bizimaz.az:  Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

“Tutaq ki, dövlət kino çəkilməsi üçün 1.5 milyon manat vəsait ayırır. Maliyyə vəsaiti kinostudiyaya çatmamış Vergilər Nazirliyi həmin məbləğin 300 min manatını əlavə dəyər vergisi kimi tutur. Kino çəkilər, gəlir olarsa, vergi də yığılar. Bir filmin vəsaitindən bu qədər vergi tutularsa, çəkilən filmin keyfiyyəti necə ola bilər?”
Bizimaz.az: bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat qeyd edib ki, bu məsələdə güzəştlər olmalıdır.

A.Abbas həmçinin mədəniyyət sahəsində olan ixtisarlardan da danışıb: “Şuşanın musiqi məktəbi və kollecini birləşdirdilər. Bundan başqa, Şuşanın mədəniyyət şöbəsini ləğv edib Sumqayıtdakı Regional Mədəniyyət İdarəsinə birləşdirdilər. Bu zaman 260 nəfər ixtisar edildi. Mədəniyyət sahəsində ixtisarlar çox gedir. Kəndlərdə kitabxanaları ləğv edirlər, işçiləri də ixtisar edirlər. Kənddə kitab oxumağa ehtiyac yoxdur, televiziyalarda seriallara baxacaqlar”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov