Xəbər lenti

19-cu əsrin ortalarında Azərbaycan dünyada ilk neft hasil edən ölkə oldu. O vaxt biz dünya neft hasilatının yarısını verirdik. Bəlkə də çoxları bilmir ki, dənizdə neft ilk dəfə XX əsrin ortalarında Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı deyib .

“Bu gün müstəqilliyimiz dövründə təbii sərvətlərimiz Azərbaycan xalqının rifahı naminə istifadə olunub. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu göstərir ki, biz öz sərvətlərimizi düzgün idarə etmişik”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident Əliyev əlavə edib ki, Azərbaycan bu resurslardan güclü iqtisadiyyat qurmaq üçün istifadə edib.

“ Bu günün enerji və nəqliyyat xəritələrinə, o cümlədən boru kəmərlərinə baxsanız, hər yerdə Azərbaycanın izlərini görəcəksiniz. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və onları tərəfdaşlarımızla birlikdə uğurla həyata keçirmişik. Beləliklə, biz təkcə regionumuzun deyil, bütövlükdə daha geniş regionun enerji təhlükəsizliyini təmin etdik ”, - deyə İlham Əliyev bildirib . 

Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər tutulduğunu və onun mühüm elementi olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olduğunu və Avropa İttifaqı tərəfindən ümumi dövlət kimi qiymətləndirildiyini qeyd etdi. Avropa tədarükçüsü.

İlham Əliyev çıxışında onu da qeyd edib ki, Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmik klubun üzvüdür, iki telekommunikasiya peykinə və Yer kürəsini müşahidə edən bir peykə malikdir.

“Biz Azərbaycanda bu sahəni inkişaf etdirməkdə davam edirik”, - İlham Əliyev deyib .

Dövlət başçısı onu da bildirdi ki, “müstəqillik dövründə Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bizim siyasətimiz həmişə aydın, şəffaf və birmənalı olub, dostlar qazanmağa və əməkdaşlığı gücləndirməyə xidmət edir”.

İlham Əliyev çıxışında Azərbaycanın əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyət olduğunu da vurğulayıb: “Müstəqilliyin 30 ili ərzində biz bu amilləri gücləndirmişik”. “Biz bir ailə kimi yaşayırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib .

"Aztelekom" Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.

Bizimaz.az  xəbər verir ki, "Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir.

"Aztelekom" MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.
 
Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib.

Bizimaz.az xəbər verir ki, şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

“Qarabağ məsələsində haqq yerini tapdı” -

“Qarabağ məsələsində haqq yerini tapdı”.

Bizimaz.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 30 ildən sonra Qarabağ azadlığa qovuşub.

Ərdoğan əlavə edib ki, Türkiyə dostlarının sayını artırmaq istəyir və uzatdığı dostluq əlini qəbul edənlərlə əməkdaşlığa hazırdır.
Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi  hadisədir”

“Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bir çox aspektdən mühüm əhəmiyyət kəsb edən hadisədir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, tədbirin siyasi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. “Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forumu artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev tədbir iştirakçılarına təqdim etdiyi açıqlamalarında Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə detallı məlumatlar təqdim etmişdir. Dünyanın 53 ölkəsindən, ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Bu ərazilərdə qurub-yaratmaqla məşğul olan Azərbaycan bununla həm də öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir.”

Deputat qeyd edib ki, əgər səlahiyyətli beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti 30 il ərzində Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün pozulmasına biganə qalmasaydılar, bu münaqişə daha əvvəl və ən əsası qan tökülmədən öz həllini tapa bilərdi: “Dövlət başçımızın çıxışında yer alan ən mühüm məqamlardan biri işğal dövründə beynəlxalq təşkilatların, dünya liderliyi iddiasında olan ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqelərdən çıxış etmələri, xalqımızın başına gətirilən faciələrə biganə qalmaları ilə bağlı olmuşdur. Əgər belə olmasaydı, Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini çoxdan tapa bilərdi. Lakin bu baş vermədi. Daha doğrusu, Cənubi Qafqazda öz maraqları olan qüvvələr buna imkan vermədilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illər boyu icra olunmadı. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozur, Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada Yaxın Şərqdən və digər ölkələrdən erməni diasporu tərəfindən dəvət edilmiş minlərlə qeyri-qanuni sakin məskunlaşdırır, Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etmədi. Azərbaycan 28 il ərzində bərpa olunmasını gözlədiyi ədaləti özü, həm də cəmi 44 günə bərpa etdi.”

K.Qafarov bu gün Qarabağda gedən quruculuq prosesinin bütün vətəndaşların, o cümlədən bölgənin erməni millətindən olan sakinlərinin də rifah içərisində yaşamaları üçün aparıldığını vurğulayaraq deyib: “ Ermənistan müharibədən sonra keçən üç il ərzində də bölgədə sülhə nail olmaq üçün heç bir konstruktiv addım atmadı. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın tələblərinə zidd olaraq ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birləşmələri çıxarılmadı. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan, eyni zamanda Xankəndidə oturan qondarma separatçı rejimin rəhbərliyini “müstəqillik” münasibətilə təbrik edirdi. Azərbaycan Qarabağda özünün konstitusiya quruluşunu bərpa etmək üçün daha 30 il gözləyə bilməzdi. Buna görə də sentyabrın 19-da Ali Baş Komandanın əmri ilə lokal antiterror tədbirinə başlandı. Cəmi bir gün çəkən bu əməliyyat bütün nöqtələri yerinə qoydu. Azərbaycanın suverenliyi tam təmin edildi. Möhtərəm dövlət başçımız öz çıxışında bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisinin hüquqları, o cümlədən onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq təmin ediləcək” .


Bu barədə məlumatı “24News” portalı yayıb. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 125 nəfərin öldüyü bildirilirdi. Sentyabrın 25-i baş verən hadisə zamanı 300-ə yaxın insan xəsarət alıb, 105 nəfər itkin düşüb.



Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Axar.az xəbər verir ki, hazırda mərhumla Heydər Məscidində vida mərasimi keçirilir.

Vida mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

***

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

Hazırda mərhumun cənazəsi dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.

***

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva dəfn olunub.

Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.



Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov