Xəbər lenti

b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-11_ad0a8174-fe50-4491-98b8-23a7ff8c27e6.jpgBakı şəhərində dövlət qurumları və özəl təşkilatlardan daxil olan tikinti layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi, ictimaiyyətin məlumatlandırılması və ekoloji rəyin verilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Bizimaz.az  xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC tərəfindən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində inşa olunan “B04” stansiyasının çıxışları, ADA Universitetinin yaxınlığında Azərbaycan-İtaliya Universitetinin tikintisi üçün ayrılmış sahədə, Nəsimi rayonu, Bakıxanov küçəsi, 631-ci məhəllədə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yeni inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsində, eyni zamanda Xətai, Binəqədi, Sabunçu, Nizami və Nərimanov rayonları ərazisindəki tikinti şirklətləri tərəfindən inşa olunan layihələrdə layihə altına düşən yaşıllıqların köçürülməsinə dair müzakirələr aparılıb.

Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqlarin bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu bildirilib.

Tədbirdə layihələri ictimai dinləməyə çıxarılan dövlət qurumlarının və şirkətlərin nümayəndələri tikinti zamanı götürüləcək yaşıllıqlarla bağlı öhdəliklərini, bərpa dəyərini açıqlayıb, ətraf mühitin mühafizəsi istiqamətində görəcəkləri tədbirlərdən danışıblar.

Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.

İctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı ekoloqlar və qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən də sərt şəkildə qınanıb, belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.
 
Bizimaz.az 
Dövlət Bayrağı haqqında yeni standart qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 001-2006 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartının əvəzinə yenilənmiş AZS 001-2023 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartını qəbul edib.

Bizimaz.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bu standart Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir.

Eyni zamanda, standartla Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Məhkəmə ekspertizası:

Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.

Bizimaz.az  xəbər verir ki, bu barədə Vaqif Xaçatryan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib.

Rəydə qeyd edilib ki, V.Xaçatryan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.

İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 N-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284-2023 N-li rəylərindən görünür ki, Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilib, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənib, əmələgəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir./report
Kamaləddin Qafarov: “Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir”

“ Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycan ilə Türk dövlətləri arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib: “Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilmiş 10-cu yubiley Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd etdi və bildirdi ki, hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanmışdır. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi münasibətlərində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.”

K.Qafarov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkələrin verdiyi töhfələrin səmimi dostluğun təzahürləri olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımızın təqdim etdiyi açıqlamalarda diqqəti cəlb edən məqamlardan biri də Özbəkistan və Qazaxıstanın ölkəmizə etdikləri hədiyyələrin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Cənab Prezident İlham Əliyev öz çıxışında konkret rəqəmlər səsləndirərək bu məqsədlə artıq Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsaitin sərf olunduğunu və növbəti ildə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağını vurğuladı. Təbii ki, bu, çox böyük rəqəmlərdir. Eyni zamanda , görülən işlərin fonunda dostluq və qardaşlıq jesti olaraq Füzuli şəhərində Özbəkistan dövlətinin inşa etdirdiyi orta məktəb və Qazaxıstanın hədiyyəsi olan yaradıcılıq mərkəzi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimiyyətindən xəbər verir. Bu münasibətlər isə, əlbəttə ki, bütün Türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir”.
bagcada-islemek-isteyenlerin-nezerine

 

Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”ya verilən məlumata görə, ümumilikdə ölkə üzrə 17 mərkəzdə təşkil olunacaq imtahanlara 5 038 namizəd dəvət edilib.

Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara dair 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır.

Bu mərhələdə tapşırıqların hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Qeyd edək ki, namizəd şəxsi səhifəsində göstərilən tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.


Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji seqmenti sürətlə inkişaf edir”

“Bu gün Azərbaycan Avropaya ixrac etdiyi təbii qazla qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynayır. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi də etibarlı tərəfdaş kimi tanıdıb. Bundan başqa, neft-kimya məhsulları və elektrik enerjisi də ölkə ixracatının bir hissəsidir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, hazırda ölkəmizdə Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi istiqamətində konkret addımlar atılır. “ Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu baxımdan oktyabrın 26-da keçirilmiş Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Tədbirdə iştirak edən Ölkə Prezidenti İlham Əliyev öz çıxışında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə əsasında inşa edilmiş elektrik stansiyasının təməlinin keçən ilin mart ayında qoyulduğunu xatırlatdı və Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsinin qürurverici hal olduğunu vurğuladı.”

K.Qafarov Prezident İlham Əliyevin çıxışında ölkəmizin yaşıl enerji sahəsində gələcək planları barədə yer almış açıqlamaların əhəmiyyətini vurğulayaraq deyib: “Diqqətəlayiq haldır ki, möhtərəm dövlət başçımız öz çıxışında Azərbaycanın yaşıl enerji sahəsində daha böyük planlarının olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün Azərbaycan “Masdar”la birgə işləməyi planlaşdırır və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq . Hazırda ölkəmizin zəngin yanacaq ehtiyatlarının olmasına baxmayaraq, Azərbaycan məhz yaşıl enerjiyə doğru irəliləyir. Bu, dövlətimizin təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəsidir. Azərbaycanda son illər ərzində formalaşmış əlverişli investisiya mühiti iri xarici şirkətləri ölkəmizə cəlb edir. Cənab Prezident öz çıxışında bu məsələni də xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda dövlətimizin iqtisadi hədəfi iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir.”

K.Qafarov işğaldan azad edilmiş ərazilərimizdə olan nəhəng enerji potensialının reallaşdırılması barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm bir hissəsi olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımızın çıxışında yer almış vacib məqamlardan biri də Qarabağın və Şərqi Zəngəzurun ərazilərində mövcud olan hidroenerji potensialının hazırda fəal şəkildə inkişaf etdirilməsi ilə bağlı oldu. Qeyd olundu ki, artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Bütün bunlar ölkəmizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Bu təbii qazın bir neçə milyard kubmetr həcmdə ixrac üçün qənaət edilməsi Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunu və önəmini daha da artıracaq”.
qaribasvili-azerbaycan-ve-ermenistan-bas-nazirleri-ile-gorusunden-yazdi

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşü haqda yazıb.

 “Bizimaz.az ” xəbər verir ki, bu haqda Qaribaşvili feysbuk hesabında paylaşım edib.

“Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olduğuna görə çox şadam, biz Cənubi Qafqazın gələcəyini və hamımızın qarşılıqlı mənafeyi naminə həyata keçiriləcək irimiqyaslı regional layihələri müzakirə etdik. BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin rifahı naminə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, - Qaribaşvili qeyd edib.



Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:

“Vətəndaşların nəzərinə!

Son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb-səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır.

Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir.

Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.

Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb-səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur”.



44 gün- həyatımıza, ömrümüzə bütövlükdə dünya tarixinə yazılan bu 44 gün-mənliyimizi, qürurumuzu qaytaran bir şanlı zəfər səhifəsi oldu.Bir zamanlar adı çəkiləndə bağrımızın başı yanan, gözəlliklərinə həsrət qaldığımız,yuxularımızda gəzdiyimiz Qarabağ indi fəxr yerimiz, qürur mənbəyimizdir.

Ardını oxu...



Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov