Xəbər lenti



Bu gün səhər Qazax Dövlət Sosial-İqtisadi Kollecinin 5 tələbəsi dərs vaxtı sinif otağını qızdırmaq ücün quraşdırılan dizel sobasından sızan qoxudan zəhərləniblər.

Aldığımız məlumata görə, kollecin binası təmir olunan zaman qazanxanası da qış mövsümünə hazır olub.Lakin qazın verilməsindəki problemə görə üzün illərdir qazanxana işləməyib.Vəziyyəti belə görən kollecin direktoru Elşad  Quliyev daxili imkanlar hesabına 10 ədəd dizellə işləyən soba alıb. Və həm sobalarda kustar üsülla hazırlandığı ücün belə fəsadlar törədib.

Məlumatda o da bildirilir ki, kollecin təmiri ilə bağlı ayrılan vəsait direktora yaxınlığı ilə secilən MMC-lərin hesabına köcürülür.Bundan başqa tədris vaxtı tələbələr kollecin yerləşdiyi binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən, kicik otaqda yerləşən cayxanada günlərini kecirirlər.Bütün bunları direktor görsə də, nədənsə tədbir görmək istəmir.

2019-2020 tədris ilinin başlanmasından 4 aydan cox vaxt kecsə də təxminən 100-ə yaxın tələbə dərsə gəlmir.Kollecdə imtahandan kəsiri olan tələbələr yalnız banka pul köcürməklə kəsirlərinin düzəldiyini bildirirlər.


 
Son illər Qazax rayonunda icra başcısı Rəcəb Babaşovun həyata kecirdikləri islahatlar rayon ictimayyəti tərəfindən yuksək qiymətləndirilir.Rayonda olarkən öyrəndik ki, icra başcısı bütün cıxışlarında şəffaflıqdan söz salsa da, Qazax dövlət sosial-iqtisadi kollecinin direktoru Elşaq Quliyev deyilənlərə fikir vermir. Öz şəxsi mənafei naminə calışan Elşad müəllim nədənsə həm rayonda, həm də respublika ərazisində aparılan islahatlardan xəbərsizdir. Və bəlkə də xəbəri var, amma özünü xəbərsiz kimi aparır.

Bu günlərdə əməkdaşımız Qazax dövlət sosial-iqtisadi kollecinin yerləşdiyi binanın birinci mərtəbəcində fəaliyyət göstərən cayxanada olub araşdırma aparıb, dərs vaxtı gününü cayxanada kecirən tələbələrlə xeyli söhbət edib. Kollecin direktorunun başının öz şəxsi biznesinə qarışdığını deyən tələbələr söhbət zamanı daha nələrdən danışdılar.

Bu barədə gələn sayımızda.

Eyvaz

 

Azərbaycanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 3-də Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Ardını oxu...

 

Milli Məclisin bu gün keçirilən iclasında “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov