Xəbər lenti



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil daxildir.


Sabah ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi heyəti Türkiyəyə səfər edəcək.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən mənbələr bildirib.

 Qeyd olunub ki, milli müdafiə naziri Yaşar Gülər heyəti qəbul edəcək, görüş zamanı terrorla mübarizə, F-16 tədarükü və modernizasiya prosesi müzakirə olunacaq.


"Crocus City Hall”un gələcək taleyi barədə danışmaq tezdir.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 Onun sözlərinə görə, bu məsələ hələ Kremlin gündəmində deyil.


usiyada baş verən terror aktını hər kəs gördü. Rusiyada olanları hər gün Türkiyədə törətmək istəyənlər var.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib.


O bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır: "Ölkə daxilində PKK-nın mövcudluğu çox azalıb. Buna baxmayaraq, bəzi güclər hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışırlar. Biz buna icazə verə bilmərik. Artıq elə vəziyyət yaranıb ki, terrorçular ölkə daxilində hərəkət edə bilmirlər. Sərhədlərimizdən kənarı isə addım-addım nəzarət altına alırıq”.
 
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.


Müğənni alacağı təqaüdün məbləğini bəyənmədi.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki Ramazan bayramında verəcəyi konsertdən 2,5 milyon TL qazanacağı ilə bağlı xəbərlərlə gündəmə gələn Yıldız Tilbe təqaüdə çıxdığını açıqlayıb.
 
Lakin müğənni alacağı təqaüdün məbləğini bəyənməyib.
 
Sosial media hesabında tez-tez paylaşımları ilə diqqət çəkən Yıldız Tilbe bunları yazıb: "Bir ömür xalqa iş üçün verilən maaş budurmu?"
 
Gülay


"Ukrayna F-16-ları üçüncü ölkələrin hava limanlarında qanuni hədəfimiz olacaq".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində ordu aviasiya təlim mərkəzinə baş çəkərkən deyib.
 
Dəfələrlə döyüş təyyarəsi ilə uçduğunu və döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirən Putin Rusiyanın Su-34 bombardmançı, Su-30 və Su-57 yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox yaxşı iş gördüyünü qeyd edib.
 
Qərb ölkələrinin Ukraynaya F-16 döyüş təyyarələri vermə planı və ukraynalı pilotların yetişdirilməsi ilə bağlı qiymətləndirmələr edən Putin, "Bu, münaqişə bölgəsində heç nəyi dəyişməyəcək. Biz bu gün tankları, zirehli texnikanı və digər hərbi texnikanı, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi (F-16 model) təyyarələri də məhv edəcəyik”, - o deyib.
 
F-16 döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğuna diqqət çəkən Putin bu təyyarələrlə döyüşərkən bunu nəzərə alacaqlarını bildirib.
 
Ukraynaya veriləcək bu təyyarələrin NATO hava limanlarından istifadə ediləcəyi təqdirdə nə ediləcəyinə aydınlıq gətirən Putin "Təbii ki, bu təyyarələr üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, harada olurlarsa olsunlar bizim üçün qanuni hədəfə çevriləcəklər" - deyə xəbərdarlıq edib.
 
Putin ABŞ-ın müdafiə xərclərinin Rusiyadan çox olduğuna diqqət çəkərək, Rusiyanın NATO ilə döyüşməyi planlaşdırdığı iddialarının absurd olduğunu bildirib.
 
Putin Rusiyanın Baltikyanı ölkələrə və Polşaya mümkün hücumunu da "cəfəngiyyat” adlandırıb.
 
Mikayıl


Ağ Ev İsrailin baş naziri Benyamin Netanyahunun Rəfah danışıqları üçün ABŞ-yə nümayəndə heyəti göndərməyə razı olduğunu açıqlayıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jin-Pier mətbuat konfransında mövzu ilə əlaqədar açıqlamalar veri
 
Sözçü Netanyahunun ofisinin nümayəndə heyətinin səfərinin vaxtının dəyişdirilməsi ilə bağlı razılığa gəldiyini və ABŞ və İsrailin yeni tarixi müəyyən etmək üçün danışıqlara başladığını bildirib.
 
Refaha qarşı ola biləcək quru hücumlarını müzakirə etmək üçün görüşün başqa vaxta keçiriləcəyini ifadə edən Piers "Rəfah əməliyyatları haqqında danışmaq üçün burada görüş keçirilməsinə dair razılaşmanın edildiyini unutmamalıyıq", - deyib.
 
Xatırladaq ki, martın 25-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib və bunun daimi və davamlı atəşkəsə çevriləcəyi güman edilib.
 
ABŞ qanun layihəsinə veto qoymadığı üçün Netanyahu Rəfaha mümkün quru hücumunu müzakirə etmək üçün Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşə İsrail nümayəndə heyətini göndərməkdən vaz keçib.
 
Mikayıl


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib.
 
Bu barədə AZXEBER.COM-a Ombudsman Aparatından məlumat verilib.
 
Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacaqda olub.
 
S.Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.
 
Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.
Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.


İnternetdən istifadənin artması və tətbiqlərin şaxələndirilməsi ilə fişinq, xakker hücumları və maliyyə kiber təhdidlərində artım müşahidə olunur. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirus səbəbiylə internetdən istifadənin artması kiberhücumçuları da hərəkətə keçirib. Xüsusilə 2020-ci ildə kiberhücumların sayında rekord artım qeydə alınıb.

  
Koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə davam edir.
 
 
Araşdırmaçı Mert Değirmenci izah edib ki, istehlakçıların kibertəhlükəsizliklə bağlı ən böyük narahatlığı mobil təhdidlərdir.
 
2022-ci ildən 2023-cü ilə qədər təhlükəli proqramların sayında 30% artım aşkar etdiklərini ifadə edən Değirmenci bu hücumların həm qurumların, həm də şəxslərin maddi itkilərə məruz qalmasına və fəaliyyətlərini dayandırmasına səbəb olduğunu bildirib. 
 
Değirmenci mobil təhdidlərin də istehlakçıları narahat edən əhəmiyyətli mənbələrdən biri olduğuna diqqət çəkib.
 
Mobil qurğular kibercinayətkarların əsas hədəflərindən biridir, çünki onların tərkibində şəxsi məlumatlar var. Keçən il mobil kiber təhlükələr 120% artsa da, xüsusilə reklam proqramları və casus proqramlar geniş yayılıb.
 
Cinayətkarlar mobil cihazlara zərərli proqramlar, saxta mesajlar və hədəflənmiş hücumlar kimi üsullarla sıza bilər. Bu, şəxsi məlumatların oğurlanmasına və zərərli məqsədlər üçün istifadə edilməsinə səbəb ola bilər.
 
İstehlakçıların ilk növbədə saxta e-poçt, mesaj və ya telefon zənglərini tanımaq və şübhəli məzmuna qarşı diqqətli olmaları lazım olduğunu vurğulayan Değirmenci bu barədə xəbərdarlıq edib:
 
"Naməlum mənbələrdən gələn fayllar və ya keçidlər açılmamalıdır. Güclü və unikal parollardan istifadə etmək vacibdir. Kibertəhlükəsizliklə bağlı yeniliklərdən xəbərdar olmaq üçün təhlükəsizlik proqramlarından istifadə edilməli və məlumat yeniləmələri mütəmadi olaraq izlənilməlidir. İstifadəçilər bu proqram təminatının mütəmadi olaraq yeniləndiyinə də əmin olmalıdırlar. Bu tədbirlər istehlakçıların kibertəhlükələrə qarşı müdafiəsini gücləndirə və onların şəxsi məlumatlarının təhlükəsizliyini təmin edə bilər”.
 
Ayşən


Azərbaycanda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməyəcək.

“Report” xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Məlumata görə, taksi minik avtomobilləri ABS əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov