Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.
Paytaxtda koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyindən (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilən XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə ilə bağlı maraqlı detal məlum olub.