Xəbər lenti



NATO-nun sözçüsü Farah Dakhlallah “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Dakhlallah bu barədə “X” hesabında paylaşım edib.

“Düşüncələrimiz və dualarımız “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olanların və onların ailələri ilədir. Qəzada yaralananların tezliklə sağalmasını arzu edirik və hərtərəfli araşdırmaya çağırış edirik”, - deyə paylaşımda qeyd olunub.

 

 

 
 
 


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

 

 
 


Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyində torpaqlarını işğaldan azad edib:

"Azərbaycanda sabah baş tutacaq Qərbi Azərbaycan İcmasının tədbirinə qatılmaq üçün gəlmişəm. Bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilməkdən qürur duydum. Milli Məclis üzvləri ilə də görüşməkdən çox şad oldum. Bütün bunlar göstərir ki, biz xoş gündə də, dar gündə də birlikdəyik".

M.Çavuşoğlu daha sonra Azərbaycan-Ermənistan sülh danışıqlarından söz açaraq müsbət nəticələrin əldə ediləcəyinə inamını vurğulayıb:

"Müzakirələr davam edir və müsbət nəticələrə inanırıq. Ermənistanın Azərbaycanın xoşniyyətli təkliflərinə müsbət cavab verməlidir".

Millət vəkili yurd-yuvalarından didərgin düşmüş Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmalı olduğunu qeyd edib:

"Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində mədəniyyət abidələrinin dağıdılmış şəkildə olması və mina təhdidi kimi problemlər mövcuddur. Ancaq bərpa-quruculuq işləri də sürətlə həyata keçirilir və məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıdırlar. Qərbi azərbaycanlıların da qayıtmasına şərait yaradılmalıdır".

M.Çavuşoğlu Cənubi Qafqazın enerji baxımından rolunun artmasına da diqqət çəkib:

"Bölgənin enerji və digər bir sıra məsələlərlə bağlı rolu artır və bu da əməkdaşlıq imkanlarını daha da genişləndirir. UİD-in yarandığı gündən qət etdiyi yol olduqca təqdirəlayiqdir. Birlik olduğu yerlərdə türk icmaları üçün böyük işlər həyata keçirib, həmçinin azərbaycanlılarla üçün də xidmət göstərib. Hazırda diqqətdə olan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılarının hüquqlarının müdafiə edilməsinə daha çox dəstək göstərməkdir ki, bu istiqamətdə UİD-nin işlərinin genişlənəcəyinə inanırıq".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə çıxışı zamanı Beynəlxalq Demokratlar Birliyinin Bakı bürosunun əhəmiyyətli işlər həyata keçirəcəyinə böyük inam bəslədiyini bildirib:

"Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən və iş dünyasını təmsil edən Azərbaycan-Türk İş Adamları Birliyi və MÜSİAD Azərbaycanın da olduğu bir yerdə UİD Azərbaycanın Bakıda yeni bir komanda ilə fəaliyyətə başlaması mühüm addımdır. Türkiyənin Avropadakı bu təsisatının Bakıda da bürosunun fəaliyyət göstərməsi birliyimizi daha da gücləndirir və əməkdaşlığımızın inkişafına zəmin yaradır"./report



Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir”​.

Ardını oxu...



“685 bələdiyyə üzrə 8 min 71 nəfər seçiləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

“8 min 71 bələdiyyə üzvü seçiləcək. Seçkilərdə iştirak etmək üçün 9 nəfər artıq müraciət edib”, - deyə sədr bildirib.

Nuranə Daxilqızı



“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürə bilər”. 

Bunu Türkiyə liderinin birinci müşaviri Mehmet Uçum “X” hesabında məlumat verib.

“Prezident seçkilərində müstəsna namizədlik” başlıqlı yazısında “2027-ci ilin ikinci yarısında 360 millət vəkili ilə seçkiləri yeniləməyə qərar verərsə, prezident Ərdoğan yenidən namizəd ola bilər, yəni- sonuncu dəfə”.

Uçum bildirib ki, bu, “istisna namizədlik” halı kimi baş verə bilər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov