Xəbər lenti



Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Səfərin təfərrüatları hələlik açıqlanmayıb.



Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər.

Ardını oxu...



İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 62 nəfər həyatını itirib, ölənlərin ümumi sayı 46.707-yə yüksəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda bölgədə həyata keçirdiyi 6 hücumda 62 fələstinlinin həyatını itirdiyi, 153 fələstinlinin isə yaralandığı bildirilib.
 
İsrail 2023-cü il oktyabrın 7-də hücumlara başladıqdan sonra həyatını itirənlərin sayı 46 min 707-yə, yaralıların sayı isə 110 min 265-ə yüksəlib.
 
Qeyd edək ki, İsrail 467 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.


Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

Bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, - agentlik bildirib.

Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.

Ötən il dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə prezidentin həbsinə order verilib. Yanvarın əvvəli isə Yun Sok Yolun iqamətgahı önündə birgə istintaq qrupunun nümayəndələri ilə prezidentin mühafizə qüvvələri arasında qarşıdurma yaşanıb.

Belə ki, istintaq qrupu impiçmentlə səlahiyyətlərinin icrasından müvəqqəti uzaqlaşdırılan Yun Sok Yolu qiyam işi üzrə həbs etmək üçün iqamətgahına yaxınlaşdıqda dövlət başçısını mühafizə edən hərbçilər onların qarşısını kəsib. İstintaq qrupunun nümayəndələri yanvarın 3-də ərazini tərk ediblər.

Lakin yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən Yun Sok Yolun həbsinə order verib.



Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncamla bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.

Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini 5 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Qanunun icrası məqsədilə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün komissiyaların yaradılması və tərkibinin təsdiq edilməsi üçün müvafiq tədbirlər görməlidir.

Bu Sərəncam yanvarın 13-dən qüvvəyə minib.



ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask, “Amazon”un yaradıcısı Ceff Bezos və “Meta” şirkətinin rəhbəri Mark Zukerberq iştirak edəcək.

Bu barədə mərasimi planlaşdıran rəsmiyə istinadən “NBC News” məlumat yayıb.

Bildirilir ki, üç milyarder inauqurasiya kürsüsündə digər mötəbər qonaqlarla birlikdə əyləşəcəklər. Qeyd olunur ki, amerikalı sahibkarlar 2024-cü ildə Trampın rəğbətini qazanmağa çalışıblar. Xüsusilə, Mask Respublikaçıların seçki kampaniyasına 250 milyon dollardan çox, Zukerberq və Bezosun şirkətləri isə Trampın andiçmə fonduna 1 milyon dollardan çox vəsait ayırıb.



AFFA-nın inkişaf strategiyasının əsas hədəfləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu, milli assosiasiyanın açıqladığı layihədə öz əksini tapıb.

Kişilərdən ibarət əsas milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindən hesab edilib.

UEFA-nın klub reytinqində (kişilər) ilk "20-liy"ə, qadın komandaları üçün isə ilk "40-lığ"a daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq.

Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin ediləcək.

Bundan əlavə, Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq əsas hədəflərdən biridir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov