Xəbər lenti



Xəbər verdiyimiz kimiÇində insan metapnevmovirusu (HMPV) yayılıb.

Qazaxıstanda da yeni yayılan virusa yoluxma faktı qeydə alınıb.

Belə ki, 30 nəfərdə metapnevmovirus aşkarlanıb.

Qeyd edək ki, metapnevmovirusa daha çox 14 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir.



Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.

Ardını oxu...



“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır.

Bu barədə “Qafqazinfo”ya AZAL-dan bildirilib.

Siyahı belədir:

•  Mineralnıye Vodı
•  Soçi
•  Volqoqrad
•  Ufa
•  Samara
•  Qroznı
•  Mahaçqala

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.



2025-ci ildə Azərbaycan müstəqillik tarixində ən böyük büdcəsini icra edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov 2025-ci ilin iqtisadi proqnozlarından danışarkən deyib.

Deputat bildirib ki, 2025-ci il üçün proqnozlar və gözləntilər kifayət qədər böyükdür:

“Büdcənin ümumi xərcləri 41,4 milyard manat olacaq. 2024- ildə formalaşan maliyyə təminatı növbəti il 3 milyonu əhatə edən sosial paket icrasına zəmin yaradacaq.

 

vuqar bayramov yeni

Vüqar Bayramov

Eyni zamanda Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacağı ehtimal olunur.

Əlavə olaraq, ümumi daxili məhsulun artım tempi qorunub saxlanacaq. Qeyri-neft sektorunun drayver olunacağı da gözlənilir”.



Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən İçərişəhər Cümə məscidində də anılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli bildirib ki, Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıdıb:

"İçərişəhər Cümə məscidi dini icması olaraq QMİ-i sədrinin göstərişinə əsasən təyyarə qəzasında həlak olanların ruhlarına Qurani-Kərimdən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik. Uca Allah xalqımızı bütün bəlalardan qorusun!"

 

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov