Xəbər lenti



“Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq”.

 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” Fransada köklü klub olan “Marsel”ə 1:3 hesabı ilə uduzub. Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov səhvlərə baxmayaraq, yaxşı oynadıqlarını bildirib:

“Dünən də bildirmişdim ki, “Marsel”in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elementlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik. Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik”.



 
YAP Daşkəsən rayon təşkilatı ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir

aia.az xəbər verir ki, 17 fevral 2022-ci il tarixdə Zağalı,Xoşbulaq və Qazaxyolçuyar ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Ərazi partiya təşkilatlarının sədrləri keçən dövrü əhatə edən məruzələrdə 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun möhtəşəm qələbəsindən,işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti,quruculuq və abadlıq işlərindən,partiyamızın VII Qurultayından sonra ərazidə yaşayan sakinlərin daha fəal şəkildə partiya sıralarına qəbul üçün müraciət etmələrindən,qəbul olunmuş yeni Nizamnamə və üzvlük haqlarının ödənilməsindən və məbləğindən yığıncaq iştirakçılarına ətraflı şəkildə məlumat verdilər.

Yığıncaqlarda YAP rayon təşkilatının məsul işçiləri Sərdar Xıdırov və Elşən Alıyev iştirak etdilər.

Bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.

aia.az
 
 
 
 
 
 
 

 
Millət vəki, Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub.

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub.

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.

Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub.

Görüşün sonunda Professor Eldar Quliyev Fatma Səttarovanı 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

AİA.Az
 
 

 
Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon 4 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Yığıncağın gündəliyində iki məsələ dururdu.

Ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi.
Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatının sədri Romeş Pirişov hesabat dövr ərzində ərazi partiya təşkilatının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanılıb. YAP üzvləri Mirnizami Ağayev və Faiq Hüseynov öz çıxışlarının sonunda ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edildiyini bildiriblər. Daha sonra gündəlikdə duran ikinci təşkilatı məsələnin müzakirəsinə baxılıb.YAP Sabirabd rayon 4 saylı ərazi partiya təşkilatında qeydiyyatda duran partiya üzvləri yekdilliklə Pirişov Romeş Habil oğlunu ərazi ilk partiya təşkilatının sədri və Kərimov Vüqar Hüseynağa oğlunu isə sədr müavini seçiblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirərək öz təşəkkürlərini bildiriblər.
Yığıncağın sonunda YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavinin təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

AİA.Az
 
 
 
 
 


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırıb.

Hit.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən il dünyada baş vermiş qlobal qiymət artımı fonunda ölkəmizdə bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” heç bir sənəd və məlumat təqdim etməyib. Bununla bağlı şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barədə qanunauyğun tədbir görüləcək.



Dünyada 418 183 558 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 5 869 096 xəstə ölüb, 341 526 786 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (79 785 241 nəfər), Hindistan (42 754 315 nəfər), Braziliya (27 812 210 nəfər), Fransa (21 976 290 nəfər) və Böyük Britaniyadır (18 447 706 nəfər).

Türkiyədə 13 079 683, İranda 6 860 255, Gürcüstanda 1 480 841, Ermənistanda isə 408 381 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 759 753 nəfərin 9 127-si ölüb, 703 952 xəstə sağalıb.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərini açıqlayıb. 

 

Qurumdan verilən məlumata görə, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.



 
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

aia.az xəbər verir ki, 16 fevral 2022-ci il tarixdə, Rayon Mərkəzi Xətəxanası Publik Hüquqi şəxs ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
Yığıncaqda ərazi partiya təşkilatında hesabat dövründə görülüən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.

Yığıncaqda təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına sədr və sədr müavinləri seçilib.

aia.az
 
 
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov