Xəbər lenti


Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü (ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan) Qərbin İrəvanın təhlükəsizliyinə dair vədlərə ehtiyatlı yanaşdığını göstərdi.

Öncəliklə, görüşün üçtərəfli olduğu elan edilib, lakin orada dörd nəfər iştirak edib - Nikol Paşinyan, Antoni Blinken və Ursula fon der Lyayendən başqa, Avropa diplomatiyasının rəhbəri Josep Borrel səhnədə görünüb.

 Deməli, görüşün üç tərəfi, dörd iştirakçısı olub və Borrel kimi Ermənistana simpatiya göstərən birinin həmin müzakirələrdəki iştirakı xoş mərama xidmət etmir.

Halbuki, açıq bəyanatlarda əməkdaşlıq sahələri arasında Ermənistana təhlükəsizlik zəmanətləri məsələsi qeyd olunmayıb.

Bu da Azərbaycanla davamlı sülhün olmadığı halda Ermənistan üçün siqnaldır. 

Amma ola bilər ki, bağlı qapılar arxasındakı görüşlərdə Ermənistanın gələcək trayektoriyası üçün hərbi aspektlər və silahlanma xətti müzakirə masasına yatırılıb.

Bununla belə, sammitdən sonra verilən bəyanatların ümumi məzmunu belə oldu ki, Ermənistanın demokratik islahatlarına və iqtisadi davamlılığına dəstək məqsədləri müzakirələrin ana xəttini təşkil edib.

Bunun üçün Ermənistana Avropa İttifaqından 330 milyon avro, ABŞ-dən isə 65 milyon dollar dəstək paketi ayrılması qərara alınıb.

Bəlkə də, bu, görüşün əsl mahiyyətinin iqtisadi pərdələrlə örtülməsidir. Hələ görüşdən əvvəl Blinken və fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Bakının narahatlıqlarını sakitləşdirməyə çalışırdılar. Onlar görüşdən sonra verilən bəyanatlarla bunu sübut etmək öhdəliyini göstərməli idilər.

Nisbətən müsbət qarşılanacaq xətt budur ki, Brüssel danışıqlarında Cənubi Qafqazdakı geosiyasi gerçəklik və Azərbaycanın ərazi bütövlüyünün hüquqi şərhi baxımından vacib bir nüans masaya yatırılıb. Bu, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməsi reallığı ilə barışıq və ermənilərin Qarabağa yenidən köçünün mümkünsüzlüyünə edilən işarələrdir.

Hərçənd ki, Qərbin Ermənistana qoyduğu investisiyanın təhlükəsizliyini mühafizə edəcək ideyaları onun regionda hərbi möhkəmlənməsinə cəhdlərin elanı kimi göstərilə bilər.

Məsələnin bu prizmadan şərhi belə ola bilər ki, Qərb Ermənistanı da qurban verərək regionda Rusiyaya qarşı cəbhələr açmaq missiyasını bəyan edir. Sözsüz ki, bu, regionda təhlükəsizliyi və Azərbaycanın formalaşdırdığı əməkdaşlıq formatlarını zədələməyə gətirib çıxara bilər.

Üçtərəfli görüş günü İlham Əliyevin Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən: “Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər”, - deməsi həmin fikrin təsdiqi sayıla bilər.

Həmçinin, sammitin mürəkkəbi qurumamış, Azərbaycan-Ermənistan şərti sərhədi boyunca hərbi insidentlər oldu.

Azərbaycan Müdafiə Nazirliyi aprelin 6-da yaydığı məlumatda bildirib ki, Ordumuzun Tovuz, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bu, üçtərəfli görüşdən vəcdə gələn qüvvələrin Bakı tərəfindən neytrallaşdırılması çağırışını canlandırır.

Bundan savayı, Azərbaycanın strateji müttəfiqi Türkiyə də həmin sammitin regional təhlükəsizliyi təhdid etdiyinə eyham vuran bəyanatla çıxış edib.

Qərbin rəqibi Rusiyaya gəlincə, onun İrəvana qarşı hədələyici mövqeyini bir cümlə ilə belə canlandıra bilərik:

Sammitin yekunu İrəvan üçün daha təhlükəli nəticələr doğuracaq.

Deməli, bir tərəfdən, İrəvanın Brüsseldəki görüşdən gözləntiləri çox olsa da, o, faktiki olaraq Qərb və Rusiyanın mübarizəsinin arasında möhkəm sıxışır.

Başqa yandan, Azərbaycan, Türkiyə və Rusiyanın sammit barədəki mövqeləri görüşün İrəvan üçün kəskin xəbərdarlıq kimi qiymətləndirilməsini ümumiləşdirilə bilər.

Azərbaycan regionda gərginləşən mühitdə Ermənistanı mənşə kimi görməkdə haqlıdır, çünki İrəvan müstəqil qərar verə bilmək iqtidarından uzaqdır və prosesləri sülh gündəliyindən yayındıran mövqelərə keçidlər edir.

Bu, Azərbaycanla Ermənistan arasında açıq qalan məsələlərin başqa alternativ yollarla həllini Bakının masasına qoyacaq. İrəvanın sərhəddəki təxribatları hansı həddə qədər davam etdirməsi Bakının qovluğundakı ssenarinin tətbiq edilmə arealını müəyyənləşdirəcək.

Aqşin Kərimov

17 May 2024 Fransa tərəfi üzr istəməlidir- Azərbaycan XİN
17 May 2024 İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 DİN: İnsan alverinə görə 12 nəfər İnterpol xətti ilə axtarışa verilib
15 May 2024 "ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır"
13 May 2024 Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
13 May 2024 “Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
13 May 2024 Bu məhkəmələrə hakimlər təyin olundu - Siyahı
10 May 2024 YAP-dan parlament seçkiləri ilə bağlı acıqlama
10 May 2024 Prezident Füzulidə açılış etdi,xanımı ilə Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
24 Aprel 2024 Şoyqunun müavini saxlanıldı
24 Aprel 2024 Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
24 Aprel 2024 Bu ölkə Ağdamda məktəb tikəcək
24 Aprel 2024 Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
23 Aprel 2024 Delimitasiya prosesi başladı
23 Aprel 2024 İlham Əliyev Zelenskini COP29-a dəvət edib
22 Aprel 2024 İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdü
17 Aprel 2024 Bir gündə iki sabiq deputat vəfat etdi
17 Aprel 2024 "Dünya 33 mindən çox fələstinlinin öldürülməsinə məhəl qoymur"
17 Aprel 2024 Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək
17 Aprel 2024 Kreml təsdiqlədi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov