Xəbər lenti

 
 

25-26 oktyabr tarixlərdə Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

 

Bizimaz.az: Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, 23-24 oktyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru hərəkəti müəyyən edilib:

“Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, “Hyatt Regency” hoteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Odur ki, oktyabrın 24-dən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti,  M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq.

Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə, Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır”.

“Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar”, - deyə V.Əsədov qeyd edib.

11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov