Xəbər lenti



Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər.
 
Müəllim aldığı məvacibdən asılı olmayaraq peşəsini, işini, şagirdləri sevməlidir.
 
Xatırladaq ki, sentyabrın 1-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
 
Bəs dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır?
 
AzTehsil.com xarici mediaya istinadən müəllimlərə ən çox maaş verən ölkələri təqdim edir:
 
Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc əldə edir. Bu ölkədə müəllimlərin pensiya yaşı 55-dir. Onlar üçün  endirim imkanları və heç bir əlavə güzəştlər nəzərdə tutulmayıb.
 
Fransada təcrübəçi  1100 dollar, 30 illik müəllim isə 2500 dollar maaş alır. Bu məbləğ 26 saat dərs yükünün qarşılığında verilir. Pensiya yaşı  60-dan yuxarıdır.
 
Almaniyada ümumtəhsil məktəblərində işləyən müəllimlərə orta hesabla 3,5 min avro əmək haqqı verilir. Ali məktəbdə çalışan müəllimlərə isə orta hesabla 4-4,5 min avro əmək haqqı alırlar.
 
Böyük Britaniyada  aparıcı müəllimlərin maaşı 5000 dollardır. Əlavə dərs üçün heç bir ödəniş edilməməklə yanaşı, ixtisasa görə xüsusi güzəştlər də tətbiq olunmur. Böyük Britaniyada müəllimlər gündəlik olaraq plan yazırlar. Hətta valideynlər üçün də gündəlik hesabatlar hazırlayırlar.
 
ABŞ-da müəllimlərin əmək haqqısı orta hesabla 4-5 min dollar təşkil edir.Bu ölkədə müəllimlik qadın peşəsi olaraq tanınır.
 
Yaponiyada müəllimlərin aylıq əmək haqqı 2,5-500 dollar təşkil edir. Bu ölkədə müəllimlik ən nüfuzlu peşə hesab edilir. Yaponiyada pedaqoji sahədə ən azı bakalavr təhsili olan şəxslər Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək müəllim işləmək üçün lisenziya alırlar. İmtahandan uğurla keçən müəllimlər isə əyalətin ( prefekt) təhsil idarəsinə sənəd verirlər. 
11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov