Xəbər lenti

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 iyul tarixində növbəti hərrac keçirilib.

 

Bizimaz.az: Komitədən Axar.az-a verilən məlumata görə, hərracda 27 dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri var. Dövlət əmlakları paytaxtla yanaşı, Yevlax, Astara, İsmayıllı, Hacıqabul, Quba və Cəlilabad rayonlarında yerləşir. Hərracda yun tədarükü, emalı, yun sapların hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. 403.3 min kv.m torpaq sahəsi olan dövlət əmlakının ərazisində inzibati bina, baş istehsalat korpusu, keçə sexi və digər köməkçi bina və qurğular mövcuddur.

Özəlləşən kiçik dövlət müəssisələrindən biri isə Astara şəhəri, Azərbaycan küçəsindəki “Azərbaycan” kinoteatrıdır. Faydalı sahəsi 442.6 kv.m olan dövlət obyektinin xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları var. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2.5 min kv.m-dir. Digər kiçik dövlət obyekti isə Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşir. İnvestor bu dövlət əmlakını 22.3 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirib.

Budəfəki hərracda nəqliyyat vasitələrinin əksəriyyəti rəqabətli mühitdə özəlləşdirilib. "Fiat", "Hyundai", "Daewoo", "UAZ" və digər markalara aid bu avtomobillərin buraxılış illəri 1995-2008-dir. Buraxılış tarixi 2000-ci il olan "Hyundai Sonata" markalı avtomobilin ilkin qiyməti 3 min manat olsa da, iştirakçılar arasında rəqabət son qiyməti 3 min 800 manata yüksəldib.

Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul tarixində növbəti hərrac keçirəcək.

11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov