Xəbər lenti

Dövlət Agentliyi Fazil Mustafanın narazılığına cavab verdi
 

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi millət vəkili Fazil Mustafanın antitel testinin ödənişli olması ilə bağlı narazılığına cavab verib. 

 

Bizimaz.az bildirir ki, Agentlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda bütün sığortaolunanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edə bilərlər:

“İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət (təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım və stasionar tibbi xidmət) daxildir. 

Yeni növ koronavirus infeksiyası ilə bağlı antitelin (Sars-Cov-2 Ig G, Ig M anticismlərin təyin və təqibi) laborator müayinəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.  

Pasiyentin həkim seçmək hüququ ilə bağlı məsələyə gəldikdə bildirək ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın tibb müəssisəsini, habelə həkimi seçmək (Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla) və Qanunla nəzərdə tutulmuş qaydada Xidmətlər Zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququ vardır. 

Bir daha nəzərinizə çatdırırıq ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməklə Xidmətlər Zərfindən pulsuz istifadə edə bilərlər. 

Digər şəxslər (heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər) isə 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Qeyd edək ki, F. Mustafa bu gün parlamentin iclasında icbarı sığorta sisteminin düzgün olmadığını və pasiyentə həkim seçmək şansı verilməli olduğunu bildirmişdi

11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov