Xəbər lenti



“5 aprel tarixindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonlarında ümumtəhsil müəssisələrinin distant təhsilə keçməsinə bir neçə faktor təsir edib. Artıq gördüyünüz kimi yoluxma halları 2500-ü keçib, onun da 80 faizi sadalanan ərazilərə keçir”.

 

Bu sözləri təhsil naziri Emin Əmrullayev AzTV telekanlında çıxışı zamanı deyib.

O bildirib ki, bu öz-özlüyündə gün ərzində məktəblərin bağlanması deməkdir:

“Artıq martın 29-dan başlayaraq orta hesabla gün ərzində 10-12 məktəbin distant təhsilə keçirilməsini müşahidə edirdik. Proqnozlara görə bu rəqəmlər artmağa doğru gedirdi. İstənilən halda gün ərzində 2500-3000 yoluxma olanda onun 70 faizi Bakının payına düşdüyü halda Bakı, Sumqayıt, Abşeronda məktəblər bağlanır. Bütün bunlar Səhiyyə orqanlarının rəyi ilə həyata keçirilir”.

Nazir səbəblərdən birinin də davamiyyət məsələsinin olduğunu deyib:

“Davamiyyət məsələsi vacibdir. Yoluxma artdıqca valideynlər övladlarını riskə atmamaq üçün məktəbə göndərmirdilər. Belə olan halda təhsil müəssisələrinə gələn uşaqların sayı az olurdu. Bu da tərəfimizdən izlənilirdi. Məktəblərə nümayəndələrimizin səfərləri zamanı bu qeydlər götürülür və analiz aparılırdı. Onsuzda siniflər yarımqruplarda fəaliyyət göstərirdi, o qrupun da yarısından çoxu məktəbə gəlməyəndə davamlılıqdan danışa bilmirik. Bu mənada heç olmasa distant təhsilə keçmək daha məntiqli görünür”.

11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov