Xəbər lenti

Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib.

 

Bizimaz.az: DSX-dən Axar.az-a verilən məlumata görə, ənə­nəvi ola­raq Dövlət Bayrağı Mey­da­nında təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luq­çuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən DSX-nin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğur­­lar ar­zu­layıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sər­həd­çisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzm­lə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tuta­caq­larına inamını ifadə edib.

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlər haqqında məlumat verilib, dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

Tədbirdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib.

DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib, sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əli­yevin məza­rını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov