Ərdəbil əyalətinin Samian kəndindəki evlərdən birində partlayış baş verib.
Bizimaz.az xəbər verir ki, partlayışa qaz sızması səbəb olub. Qaz sızması və elektrik naqillərində baş verən qısaqapanma nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.