Xəbər lenti

İspaniyadakı soydaşlarımız ermənilərə qarşı HƏRƏKƏTƏ KEÇDİ - Böyük TƏXRİBAT
 

Erməni diasporunun mart ayının 31-də qondarma "Artsax" adı altında Barselona şəhərində təşkil edəcəyi konsertə İspaniyada yaşayan azərbaycanlılar etiraz edəcəklər. Tədbirə qarşı soydaşlarımızın ciddi hazırlığı gedir.

 

Bizimaz.az: Bu barədə  diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

“Valensiya Azərbaycanlıları” Cəmiyyəti sədri Mübariz İbrahim aksiyada fəal iştirak edəcəklərini bildirib: “Valensiyada yaşayan bir qrup soydaşımızla aksiyada iştirak edəcəyik. Aksiyada nəinki İspaniyada, Avropanın digər yerlərində yaşayan soydaşlarımız fəal olmalıdırlar”.

Valensiyada yaşayan Mehdi Hacıyev, Ayxan Eyvazov, Bəhruz İbrahimov, Abit İbrahimov, Ayan Aydanov Həsənov iştirak edəcəklər.

Medina de Pomar şəhərində yaşayan Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoru, sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı admini Vahid İmanov aksiyaya ciddi hazırlaşdıqlarını söyləyib: “Həmişə erməni yalanlarına qarşı mətbuatda çıxış etmişəm. Bütün tədbirlərdə onların işğalçı rejim olduğunu səsləndirmişəm. Bu dəfə orada da öz etirazımı bildirəcəm”.

Vahid İmanovun xanımı Hüsniyyə Bayramova həyat yoldaşının yanında olacağını qeyd edib: “Azərbaycan,Qarabağ məsələsi varsa,mütləq orada olmalıyıq. Harada olmağımızdan aslı olmayaraq, düşmənlərin təxribatlarına cavab verməliyik”.

İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev yoldaşları ilə etiraz aksiyasına dəstək verəcəklərini söyləyib: “Bir neçə ay bundan qabaq qeyd etmişdim ki, erməni təxribatı çox aktiv işləyir. Belə ki, ermənilər növbəti təxribatını Barselonada həyata keçirtməyə çalışırlar. Orada hüquq və qanun çərçivəsində etirazımızı səsləndirəcəyik”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov