Xəbər lenti


Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.

 

Bizimaz.az  xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.

Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov