Xəbər lenti

Kamaləddin Qafarov: “Azərbaycan - Serbiya əməkdaşlığı getdikcə genişlənir”

“Bu gün Azərbaycanın səmimi dostluq və strateji tərəfdaşlıq əlaqələrini sürətlə inkişaf etdirdiyi ölkələrdən biri də Serbiya Respublikasıdır. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, eləcə də dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri bunu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr məhz dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri əsasında formalaşır və inkişaf edir. Azərbaycan və Serbiya Prezidentlərinin təkbətək görüşündən sonra dövlət başçıları bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Serbiya və Azərbaycan öz resurslarına arxalanan və müstəqil siyasət aparan ölkələrdir. Əlaqələrin daha da möhkəmlənməsi və konkret əməli nəticələr verməsi məqsədilə ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi istiqamətində iş aparılır. Hər iki ölkənin dövlət başçıları qəbul edilmiş qərarların vaxt itirilmədən icra olunması üçün müvafiq göstərişlərini veriblər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, Azərbaycan və Serbiya arasında bir çox sahələr üzrə əməkdaşlığın kifayət qədər böyük tarixinin olması bugünkü əlaqələrin genişləndirilməsi prosesinə öz töhfələrini verməkdədir: “Bu gün Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair artıq bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndiyini göstərən amillərdən biri də budur ki, Azərbaycan və Serbiya hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Hər iki dövlətin xarici siyasətinin əsas prioritetlərindən biri bundan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır və bu sahədə dünyada müşahidə olunan ikili standartlar siyasətinin təzahürləri hər iki ölkəni çox narahat edir. Bu fikir və yanaşma eynilikləri, təbii ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma mühitini daha dayanıqlı edir və bir çox sahələrdə əməkdaşlıq əlaqələrinə yüksək dinamika vermiş olur. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələri tezliklə öz nəticəsini verəcəkdir. Həmçinin nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan və Serbiyanın ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi nəzərə alınmaqla, müvafiq qurumlar bu sahədə uzlaşma və bağlantıların yaradılması istiqamətində fəal işləməlidirlər.”

Kamaləddin Qafarov Azərbaycan və Serbiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin əhəmiyyətini də qeyd edib: “Təbii ki, bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi sahəsində getdikcə artan rolu həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlıq formatlarında əsas amil kimi çıxış edir. Serbiya ilə əməkdaşlığın mühüm bir hissəsi də məhz energetika sektorudur. Öz çıxışında cənab Prezident İlham Əliyev də qeyd etdi ki, xüsusilə son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb etməkdədir. Bu gün Azərbaycan öz təbii resurslarını ən müxtəlif istiqamətlərə, Avropa qitəsinə və o cümlədən Serbiyaya və onunla qonşu olan ölkələrə ixrac edir. Bu reallıqlar Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün geniş imkanlar açır və bu imkanların həyata keçirilməsi istiqamətində artıq müvafiq danışıqlar aparılmışdır. Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biri də müdafiə sənayesi sahəsidir və bu, olduqca önəmli bir məqamdır. Bu sahədə hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılacağı gözlənilir”.


“Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alaraq deyə bilərik ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək”.

 Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. 

Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşlarının görəcəyi zəruri tədbirlərdən danışan Araz Əsgərli bildirib ki, paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır.

“Xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma, durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha da ciddi yanaşmağı süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi, bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik”, - deyə polis mayoru qeyd edib.


Azərbaycan-Ermənistan münaqişəsində hər zamankı kimi yenə obyekiv və tərəfsiz olmaqdan çox uzaq açıqlamalar verilir.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Halbuki 30 ilə yaxın müddətdə Qarabağ məsələsinin həlli ilə bağlı nə ölkələr, nə də bununla məşğul olan beynəlxalq quruluşların səsini eşitdik. Bu səbəbdən yeri gəldi-gəlmədi fikirlərini ifadə edənlərə səslənirik: Bu vaxta qədər ağlınız harada idi?”, - deyə nazir bildirib.



“Gələn il “Media haqqında” qanuna bəzi dəyişikliklər edilə bilər”.

 “Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra məsələlər o vaxt üçün nəzərdə tutulmamışdı:

“Məsələn, qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklər oluna bilər. Canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcək”.

Kamaləddin Qafarov: “Prezident İlham Əliyev xalqımızın qələbə  əzmini  özünə qaytardı”

“2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı tarixi seçimini edərək öz səsini ölkəmizdə Heydər Əliyev siyasətinin davam etdirilməsinə, sabitliyin qorunmasına və dinamik inkişafın təmin olunmasına verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il yanvarın 10-da etdiyi müraciətində demişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciət, əslində, Azərbaycan dövlətinin və xalqının gələcək müqəddəratını həll edəcək bir çağırış idi. Xalqımız bu çağırışı layiqincə dəyərləndirdi və öz gələcək taleyini Ulu Öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi.”

Bu sözləri ölkə mətbuatlna açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq olub: “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Milli qürur və ləyaqət məfhumları Azərbaycanın son illər ərzində əldə etdiyi möhtəşəm uğurların, parlaq qələbələrin əsasında durdu. Prezident İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizi qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı.”

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xəttinin özündə demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoq kimi amilləri birləşdirdiyini vurğulayan K.Qafarov deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin etmişdir. Müasir dünyada, o cümlədən ölkəmizdə sürətlə dəyişən reallıqlar və ardıcıl yenilənən obyektiv amillər islahatların davamlı aparılması tələbini ortaya çıxarır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu. Bu mütərəqqi proses indi də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Etibarlı ictimai münasibətlərin formalaşmasına xidmət edən islahatlar yeni yaranan siyasi konfiqurasiyanın əsas tərkib hissəsi kimi çıxış edir. O cümlədən, ölkədə iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas göstəricilərindən biridir. Dövlətimizin başçısının birbaşa tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisi üzrə əhatə dairəsinin miqyasından, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq respublikamızda fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübə olmuşdur.”

Deputat Prezident İlham Əliyevin dünyada mövcud olan bir ovuc antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı hazırladıqları məkrli planları məharətlə pozduğunu qeyd edərək deyib: “Cənab İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində malik olduğu fundamental biliklər dünyada mövcud olan islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizə qarşı hazırladıqları və həyata keçirmək istədikləri dağıdıcı planların qarşısında əsl sipər olmuşdur. Dövlətimizin başçısı öz əzmkarlığı, diplomatik məharəti, siyasi iradəsi sayəsində, ilk növbədə, düşmənlərimizin Azərbaycanda yaratmaq istədikləri “idarə olunan xaos” planını pozdu. Xalqımızın parçalanmasına hesablanmış etnik, siyasi və ideoloji qarşıdurmalar bəlasını ölkənin başı üzərindən sovuşdurdu. Möhtərəm Prezidentimizin ən böyük xidmətlərindən biri də bu oldu ki, o, düşmən qüvvələrin Şərqin bir çox müsəlman ölkələrində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin Azərbaycanda reallaşdırılmasının qarşısını ustalıqla aldı. Bu hücuma Azərbaycan Prezidenti bütün təfərrüatlarına qədər zərgər dəqiqliyi ilə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli qürur amillərini qarşı qoydu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xəttinin ən böyük təntənəsi isə, əlbəttə, Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu II Qarabağ müharibəsinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü bərpa etməsində təzahürünü tapdı. Dövlətimizin başçısı xalqın 30 illik həsrətinə, dədə-baba torpaqları nisgilinə son qoymaqla Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirmiş oldu”.


"Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil. Keçmiş "Dağlıq Qarabağ”ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir".
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN-in açıqlamasında bildirilib.

Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin son bir neçə gün ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, guya Laçın yolunun bağlanması, bölgədə "humanitar fəlakət” yarandığı barədə Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin təkrarladığı iddialar eynilə əsassızdır:
 
"Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla, bir sıra nəqliyyat vasitələri heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib".


Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos" Publik Hüquqi Şəxs "“Azersky” peykinin sığortalanması xidmətlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

"Fins.az" xəbər verir ki, dövlət satınalmalarının vahid interner portalına istinadən xəbər verir ki,  tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

 Reklamınızı SmartBee ilə effektiv edin.

"Azərkosmos" qalib şirkət ilə məbləği 517 min 900 manat olan müqavilə imzaalyıb.

Xəbər verdiyimiz kimi, 2022-ci ilin Oktyabr ayında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “Azerspace-2” peykinin sığortalanması xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırmış və tenderin qalibi "Qala Sığorta" ASC olmuşdur. "Azərkosmos" qalib şirkət ilə məbləği 865 min 300 manat olan müqavilə imzalamışdır. Müqavilə müddəti bir ildir (26.09.2022 – 26.09.2023). Sığorta olunacaq əmlakın dəyəri 81 milyon ABŞ dollarıdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov