Xəbər lenti



"Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən görüşdə Qarabağdakı vəziyyəti ətraflı müzakirə ediblər".
 
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, bildirib ki, Rusiya Federasiyası vasitəçilik səylərini davam etdirir və ilk növbədə, üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməklə bu istiqamətdə addımlamaq niyyətindədir: "Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən görüşdə Qarabağdakı vəziyyəti ətraflı müzakirə ediblər".
 
Günel


Rusiya ordusu havadan və dənizdən qanadlı raketlərlə müxtəlif istiqamətlərdən Ukraynaya hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının “Telegram” kanalında yayılan məlumatda bildirilir.

 Qeyd edilir ki, hazırda taktiki təyyarələrinin yüksək fəallığı müşahidə olunur.

Hərbi Hava Qüvvələri ukraynalıları sığınacaqlarda qalmağa çağırıb.

Rusiya raketinin Sumı vilayəti ərazisi üzərində məhv edilməsi barədə də məlumat yayılıb.



Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Ermənistana təzyiqləri ilə bağlı açıqlaması hakim Mülki Müqavilə Partiyasında təəccüb yaradıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzetin mənbələri Paşinyanın hakim fraksiyanın deputatları ilə qapalı görüş keçirdiyini, amma burada heç bir Rusiya təzyiqindən bəhs edilmədiyini bildirib. Üstəlik, Qriqoryanın dediyindən fərqli olaraq hansısa ittifaq dövləti haqqında məsələnin də görüşdə müzakirə olunmadığı vurğulanıb.

 

Qeyd edək ki, Armen Qriqoryan bundan öncə verdiyi müsahibədə Ermənistanın Rusiya ilə ittifaq dövləti yaratmayacağını açıqlayıb. Bununla yanaşı o, Moksvanın İrəvana bu sahədə hərbi təzyiqlər etdiyini deyib. Qriqoryandan sonra açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TŞ katibinin açıqlamasını “provokativ” adlandırmışdı.

Gülnar Səlimova



Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

 Bu, Prezident İlham Əliyevin “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qəbul edilən tarixi qərar gələcək həyatımızda yeni bir başlanğıc oldu. Bu, milli birliyə, həmrəyliyə nail olmağa verilən start idi. Sonrakı illərdə milli birlik yolunda atılan bu addımlar məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə dövlət siyasəti səviyyəsində uğurla davam etdirildi. 
 
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir.
Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
 
 
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diasporunun lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.
 
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Fond bu illərdə 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərdi, 100-dən çox layihə maliyyələşdirdi.
 
Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlandı. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması istiqamətində iş aparıldı. Bu həm COVİD-19 pandemiyası, həm Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirildi.
 
Artıq ikinci ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük coşqu ilə qeyd edir. Bunun da səbəbi əlbəttə ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədir. Bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyü ilə bərabər Azərbaycan xalqının  qürurunu da bərpa etdi, özünə qaytardı. Məhz milli həmrəylik ideyasının bariz təcəssümü olaraq Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşərək düşməni məğlub etdi. Müharibə dövründə doğma Vətəndən kənarda yaşayan soydaşlarımız haqq işimiz naminə qüvvələrini birləşdirərək yaşadıqları ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdıraraq, lazım gəldikdə kütləvi tədbirlər keçirərək öz dəstəklərini göstərdilər. 44 Günlük Vətən müharibəsi xalqımızın həmrəyliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha bütün dünyaya sübut etdi. 2022-ci ilin aprelin 22-23-də Şuşa şəhərində keçirilən 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki bu ad bizə çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq. Bu tarixi missiyanı həyata keçirən qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deməsi hər bir Azərbaycanlının qəlbində qürur hissi yaradır”.
 
Bu gün dövlətimiz bütün dünyada yaşayan azərbaycanlıların tarixi Vətəni, həmçinin siyasi mərkəzi kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak edir.
 
Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!
 
Ramiz Hüseynov
 
Abşeron rayon Ağsaqqallar Şurasının sədr müavini

Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsi və Bakı şəhər Pirallahı Rayon Polis Şöbəsinin statusu ləğv edilib. Hər iki şöbəyə idarə statusu verilib.

Daxili işlər naziri Vilayət Eyvazovun son əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki rayon polis idarələrinin sayı 12-yə çatıb.

Qeyd edək ki, idarə şöbədən daha yuxarı səlahiyyətli struktur hesab olunur.

Amin Nəzərli



Şirazda etirazçıların öldürülməsində böyük rolu olan polis polkovniki Fəzlullah Mənsuri bu gün məhv edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

 

 

Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”

ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda yeni Qayıdış Konsepsiyası və ölkə ictimaiyyətini maraqlandıran digər mövzular ətrafında AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır (müsahibənin davamı).

- Eldar müəllim, məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində vacib prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Lakin bununla bərabər Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını da daim xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan cənab Prezident İlham Əliyevin dekabrın 14-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfərinin əhəmiyyəti barədə nə deyə bilərsiz?

- İlk növbədə deməliyəm ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına hələlik yalnız müşahidəçi qismində üzv olduğu nəzərə alınarsa, bu Sammitin əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərmiş olar. Sözsüz ki, bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər üzərində sıx bağlılığı olan bu üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi və güclənməsi nəticə etibarı ilə Türkmənistanın Təşkilata tam inteqrasiyasını daha da sürətləndirəcək. Həmçinin Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmuş olması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi çıxış edir. 2021-ci ildə imzalanmış və Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsi, eləcə də 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə bunu deməyə əsas verir. Ölkələrimiz arasında münasibətlərin səmimi dostluq əlaqələri əsasında formalaşdığını təsdiqləyən daha bir məqam da Türkiyə, Azərbaycan və Türkmənistanın bir-birilərinə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərmələri ilə bağlıdır. O cümlədən ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Azərbaycan, Türkiyə və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uğurla inkişaf edir və bu istiqamət böyük perspektivlərə malikdir. Prezident cənab İlham Əliyevin də Sammitdəki çıxışında qeyd etdiyi kimi, bu günə qədər həm Azərbaycan, həm Türkiyə, həm də Türkmənistan tərəfindən bir çox irimiqyaslı infrastruktur layihələri icra edilmişdir ki, bunlar da öz növbəsində ölkələrimiz arasında nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan həm Cənubi Qafqazda, həm də Xəzər dənizi hövzəsində yeni, unikal əməkdaşlıq imkanları yaradıb. Təbii ki, bu imkanların tam reallaşması üçün Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində olan bütün ölkələrin tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə mühüm töhfə olacaq.

- Az öncə biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə fikir mübadiləsi apardıq. Əminəm ki, hazırda icrası davam edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” barədə fikirləriniz də oxucularımız üçün çox maraqlı olar...

- Məlum olduğu kimi, 2022-ci il noyabr ayının 16-da Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq olunmuş Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Bu gün azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır. Bu müstəsna önəm daşıyan tarixi sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxmışdır. Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılmış, onların mümkün təsirləri təhlil edilmiş, “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Həmçinin Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

- Eldar müəllim, artıq iki gündən sonra xalqımız, eləcə də bütün dünyada yaşayan soydaşlarımız 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük coşqu ilə qeyd edəcəklər. Məhz bu həmrəyliyin, yəni dünya miqyasında həmrəyliyimizin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizə verdiyi töhfələr barədə nələri deyə bilərsiz?

- Əminliklə deyə bilərəm ki, dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz təcəssümü məhz Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və antiazərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazlarında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə tarixi Qələbəmizə layiqli töhfələr vermələrində öz əksini tapdı. Həmçinin müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət xətti sadəcə Azərbaycan vətəndaşlarının deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın rifah yüksəlişini, təhlükəsizlik və azadlıqlarının təminatını özündə ehtiva edir. Bu məqsədlərə nail olmağın ən zəruri şərtlərindən biri isə əlbəttə ki, dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyinə və təşkilatlanmalarına nail olmaqdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu məsələləri daim xüsusi diqqət mərkəzində saxlayırdı. 1991-ci il dekabrın 16-da həmrəylik gününü təsis etməklə Ümummilli Lider xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Artıq 30 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Həmrəylik gününün qeyd edilməsi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında birlik və həmrəyliyin yaradılmasında mühüm amildir. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfələr verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Məhz bu fikirlər mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında durur.
Fürsətdən istifadə edib, mən də başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Allah xalqımızı, dövlətimizi və Prezidentimizi qorusun, ən parlaq qələbələr hər zaman bizimlə olsun!

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov