Xəbər lenti

Sumqayıt Məhkəməsinin qərarına əsasən, keçmiş deputat, borc qalmaqalları ilə gündəmi zəbt edən Rəfael Cəbrayılova və qardaşına məxsus Dərhal MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

Ardını oxu...

 

 

Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov